Putin-Əliyev-Paşinyan görüşü gözlənilir?

Ermənistanın Xarici İşlər Nazirliyi Rusiya prezidenti ilə Ermənistanın baş naziri və Azərbaycan prezidenin yaxın günlərdə üçtərəfli görüş keçirəcəkləri ilə bağlı yayılan məlumatları təkzib edib.
AzVision.az xəbər verir ki, bu bu barədə jurnalistlərə açıqlamasında Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan belə bir görüşün planlaşdırılmadığını bildirib.
"Hazırkı məqamda belə bir razılaşma yoxdur”, – deyə Balayan qeyd edib.
Qeyd edək ki, son günlər Ermənistan KİV-də Rusiya, Ermənistan və Azərbaycan dövlət başçılarının üçtərəfli formatda görüş keçirəcəklərinə dair xəbərlər yayılıb. Rusiyalı politoloq Maksim Mayorov isə bildirib ki, üçtərəfli görüş bu il ərzində gerçəkləşdiriləcək.
www.anews.az
























