• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev David Lappartientlə görüşdü

İlham Əliyev David Lappartientlə görüşdü
06.06.2018 13:47
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti David Lappartyeni qəbul edib.

Axar.az xəbər verir ki, David Lappartye velosiped idmanının "BMX Racing” növü üzrə dünya çempionatında iştirak etmək üçün Azərbaycana gəlməsindən məmnunluğunu ifadə edib. O, bu tədbirin mühüm beynəlxalq idman yarışı olduğunu vurğulayaraq 43 ölkədən 1500-dən artıq idmançının iştirak etdiyini bildirib. Azərbaycanda beynəlxalq idman tədbirlərinin uğurla keçirildiyini deyən David Lappartye Bakıda birinci Avropa Oyunlarının açılışının gözəl təşkil olunduğunu və orada iştirakını məmnunluqla xatırladıb.

Dövlət başçısı Bakıda keçirilən velosiped idmanının "BMX Racing” növü üzrə dünya çempionatının önəminə toxunaraq Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti David Lappartyeyə Azərbaycanda velosiped idman növünün inkişafına verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev qeyd etdi ki, velosiped idmanının "BMX Racing” növü üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi ölkəmizdə bu idman növünə marağın artmasına və ümumilikdə idmanın inkişafına təkan verir.

Söhbət zamanı Azərbaycanda idmanın sürətli inkişafı, ölkəmizdə müxtəlif idman növləri üzrə ən müasir infrastrukturun yaradıldığı məmnunluqla qeyd olunub, Azərbaycanda keçirilən mühüm idman tədbirlərinin idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verdiyi vurğulanıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol