• $
  • €
  • ₽
  • ₺
  • £

Putin Paşinyanı belə aşağıladı

Putin Paşinyanı belə aşağıladı
16.06.2018 14:27
Ermənistanın baş naziri Nikol Paşinyanın futbol üzrə Dünya Çempionatının açılış mərasimi üçün getdiyi Moskvada prezident Vladimir Putinlə görüşündən az sonra -iyunun 15-də "Rosselxoznadzor” onun ölkəsinə qarşı əcaib qadağa tətbiq edib.

Virtualaz.org xəbər verir ki, "Rosselxoznadzor”a istinadən əvvəlcə Ermənistandan bütün növ canlıların-sürünənlərin, uçanların, dördayaqlıların və s. Rusiyaya gətirilməsinə qadağa qoyulduğu haqda TASS məlumat yayıb. Sosial şəbəkələrdə dərhal bu qadağa Paşinyanla Putinin görüşündə anlaşma əldə edilməməsi kimi yozulub. Çünki "Rosselxoznadzor” bundan əvvəl də dəfələrlə Kremlin cəzalandırmaq istədiyi keçmiş sovet respublikalarına qarşı siyasi təzyiq aləti kimi tətbiq edilib.

Daha sonra "Rosselxoznadzor” açıqlamaya düzəliş edərək bildirib ki, əvvəlki bəyanat yanlış anlaşılıb və qüvvədən düşmüş hesab olunur. Əslində Ermənistandan təkcə primatlar sinfinə (yarımmeymunlar və meymunlar sinfi, əslində biologiya elmində insan da bu sinfə aid edilir-red.) aid olan canlıların Rusiya ərazisinə gətirilməsi "müvəqqəti qadağan olunur”.
"Rosselxoznadzor” bunu Ermənistandan Rusiyaya primatlar sinfinə aid canlıların gətirilərkən sənədli və  fiziki nəzarət zamanı dəfələrlə pozuntuların qeydə alınması ilə əsaslandırıb.

Məsələ burasındadır ki, Ermənistan meymunlar ölkəsi deyil və Afrikada yerləşmir. Bu səbəbdən "Rosselxoznadzor” nədən qəfildən Ermənistandan Rusiyaya meymunların gətirilməsi zamanı "dəfələrlə pozuntuların baş verdiyini” yada salıb və belə qadağa tətbiq edib? Axı Ermənistandan primatlar sinfinə aid olan məməlilərin Rusiyaya daşınması nə dərəcədə intensiv imiş ki, "Rosselxoznadzor” hərəkətə keçib?

Belə görünür ki, bu qadağa tamamilə siyasidir və hətta ermənilərə, Ermənistanın indiki rəhbərliyinə verilmiş təhqiramiz mesajdır. Çünki "meymun” sözünün rusca ifadəsi "obezyan” olduğuna görə qara yumor həvəskarları Rusiyada çox vaxt "obezyanların” da erməni olduğu haqda lətifələr qoşurlar. Və Putinin xoşuna gəlməyən xarici liderlərin Rusiya təbliğat vasitələrində qara yumor hədəfinə çevrildiyi barədə çoxsaylı nümunələr göstərmək olar.

Putin-Paşinyan görüşünün jurnalistlərə açıq hissəsinin videokadrlarında Rusiya prezidentinin rus dilində çox pis danışan, fikirlərini düz-əməlli ifadə edə bilməyən saqqallı Ermənistan liderini necə istehza ilə süzdüyünü görmək çətin deyil. Hansı ki, bu saqqallı inqilabçı-keçmiş qəzet redaktoru öz komandasını tamamilə qərbyönümlü tərəfdaşlarından, hətta Putini söyənlərdən formalaşdırıb. Və Paşinyanın hökumətinin  belə tərkibi Rusiya siyasi dairələrində çox aqressiv qarşılaşıb və neçə vaxtdır ki, Ermənistanın yeni hakimiyyətinə qarşı sistemli təbliğat aparılır. Paşinyana müxtəlif ekspertlərin vasitəsilə mesajlar verilir ki, Rusiyanın maraqlarına qarşı bu cür laqeydlik Ermənistana Qarabağın itirilməsi hesabına başa gələ bilər. İndi isə Ermənistandan "obezyanların” Rusiyaya girişinə qadağa qoyulur...


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Siyasət 18:30
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol