• $
  • €
  • ₽
  • ₺
  • £

“Şəhidin başdaşından qorxuruq, hasara alın!” - VIDEO

“Şəhidin başdaşından qorxuruq, hasara alın!” - VIDEO
27.06.2018 15:19
Abşeron rayonunda qəbiristanlığın yaxınlığında yaşayan qonşular şəhid məzarı ilə bağlı rəsmi qurumlara müraciət ediblər. Belə ki, onlar məzarın evlərinin içindən göründüyünü və bundan narahatlıq keçirdiklərini bildirirlər. Qonşular başdaşı üzərindəki gənc əsgər Asim İsayevin şəklindən qorxduqlarını deyir və hündür hasara alınmasını istəyiblər. 

Şəhid Asim İsayevin bibisi Simuzər Əmiraslanova "Qafqazinfo”ya açıqlamasında bildirib ki, qardaşı oğlunu 2017-ci ilin avqust ayında burada dəfn ediblər: "Asim evin tək oğludur, 1 bacısı var. Ötən il hərbi xidmətdə olarkən şəhid oldu, burada dəfn etmişik. İndi qonşular deyir "biz şəhidin başdaşından qorxuruq, hasara alın”. 25 qonşu hər yerə şikayət edib. Artıq daş, sement və qum da gətirib töküblər. Qəbiristanlığın rəhbərliyi də deyir ki, qonşular üstümə tökülüşüb, məcbur hasar çəkməliyəm. Atası taksi fəaliyyəti ilə məşğul olub bu məzarı düzəltdirib, anası hər ay maaşını bu güllərə verib gətirib qəbirin üstünə qoyur. Məzarın hasara alınması Azərbaycan şəhidinə təhqirdir”.

Qəbiristanlığın rəhbəri İsamil İsayev də "Qafqazinfo”ya açıqlamasında belə bir problemin olduğunu təsdiqləyib: "Qonşular meriyaya, prokurorluğa, polisə, icra hakimiyyətinə şikayət yazıblar ki, o qəbirdən qorxuruq. Rəsmi şəxslər gəlib baxdılar, məlum oldu ki, o evlər qanunsuz tikilib, heç birinin də sənədi yoxdur. Sonra Abşeron Rayon İcra Hakimiyyətindən mənə dedilər ki, məzarı hasara al. Mən də 1000 daş aldım, sement, qum alıb hasarı çəkməyə başladım. Şəhidin yaxınları gəlib narazılıq etdilər. Ardıyca rayonun baş memarı Akif müəllim dedi ki, "sənə səhv məlumat veriblər, tikmə”. Mən də saxladım. Bir müddət sonra ikinci dəfə mənə tapşırdılar ki, tik. Orada bir qəbirüstü büst var, o mərhumun qardaşı Vüqar polis polkovnikidir. Bu dəfə də o mənə imkan vermədi ki, şəhidin məzarını hasara alaq. Mən də ikinci dəfə sökdürdüm.

On gün əvvəl məsələ yenə gündəmə gəldi, bu dəfə də materialları alıb gətirib tökdüm. Xırdalan meri Rafiq müəllim deyir tik, bələdiyyənin sədri Eldar müəllim deyir tikmə. Mən də girinc qalmışam”. 

İ.İsayev bildirib ki, şikayət edən qonşuların evlərinin sökülməsi də gündəmə gəlib, hətta bir ev qəbiristanlığın ərazisində tikilib: "Şəhidin dəfn olunduğu yer qəbiristanlığın ərazisidir, evlərin də bəziləri bizim ərazidə tikilib. Onlara da bir söz deyən yoxdur. Məsələ ilk gündəmə gələndə Əmlak Komitəsi həmin evlərin söküləcəyini deyirdi, sonra nəyəsə görə məsələ qaldı. Orada bir qırmızı ev var, pəncərələri qəbiristanlığa açılır”.

İ.İsayev qeyd edib ki, şəhid məzarının hasara alınıb-alınmayacağı ilə bağlı hələ ki, konkret bir qərar yoxdur.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol