• $
  • €
  • ₽
  • ₺
  • £

Nikol Qarabağa polis göndərdi - MN-dən cavab

Nikol Qarabağa polis göndərdi - MN-dən cavab
03.07.2018 16:00
Müdafiə Nazirliyi dəfələrlə bunu bəyan edib, biz bir daha təsdiqini gördük. Ermənistanda demoqrafik vəziyyət o həddədir ki, işğalçı ölkənin səngərlərə çıxarmağa hərbi qulluqçusu çatmır.

Axar.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Musavat.com-a açıqlamasında deyib.

"Ermənilər əvvəllər olduğu kimi, mülki əhalini, qocaları səngərlərə çıxarırlar. İndi də belə bir qərar veriblər, səngərləri doldurmaq üçün daxili qoşunların nümayəndələrini işğal olunmuş ərazilərə göndərirlər. Fakt budur ki, Ermənistanda demoqrafik, iqtisadi vəziyyət ağırdır, silah-sursat çatışmazlığı hökm sürür. Biz dəfələrlə bəyan etmişik, beynəlxalq təşkilatlara da bildirmişik ki, Ermənistan işğalçıdır. Ermənistan növbəti dəfə öz simasını bu şəkildə göstərdi, işğalçı dövlət olduğunu açıq-aşkar bir daha nümayiş etdirdi”.

MN rəsmisi Ermənistanın bu yolla Azərbaycanda keçirilən hərbi təlimlərə, müharibə hazırlıqlarına "cavab” vermək cəhdini mənasız sayıb:

"Biz bəyan etmişik, hərbi təlimlərimiz müəyyən olunmuş vaxtda və istiqamətdə, plan üzrə davam etdirilir”.

V.Dərgahlı onu da qeyd etdi ki, Ali Baş Komandanın əmr verəcəyi halda, Qarabağda Ermənistanın hansı qüvvələrinin yerləşdirilməsinin heç bir əhəmiyyəti olmayacaq.

Qeyd edək ki, Ermənistan hökuməti Daxili Qoşunları sərhədə yeritmək haqqında qərar qəbul edib.

Artıq polisin rəhbəri Valeri Osipyana bu barədə Müdafiə Nazirliyindən təklif gəlib və o bunu qəbul edib. Təklifin təşəbbüskarı kimi Baş nazir Nikol Paşinyan çıxış edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol