Şabrandakı dəvə fermaları hansı məmurundur?

İyulun 3-də Mingəçevir şəhərindəki Azərbaycan İES-də baş vermiş qəzadan sonra "Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevin personası gündəmi zəbt edib. "Azərenerji” sədrinin adı ətrafında açılan müzakirələrdə onun rəsmi işi, əlaqələri, qeyri-qanuni biznesi, əmlakı təftiş olunur, müxtəlif iddialar səsləndirilir.
Məsələn, sosial şəbəkələrdə qeyd olunur ki, Etibar PirverdiyevŞabran rayonu ərazisində dəvə fermaları yaradıb...
Maraqlı iddiadır... Modern.az-ın əməkdaşı Şabranda dəvə fermalarının yaradıldığını dəqiqləşdirmək üçün Kənd Təsərrüfatı Nazirliyilə əlaqə saxlayıb.
Nazirliyin Heyvandarlığın təşkili və identifikasiyası şöbəsinin sektor müdiri Şaiq Əzimov deyib ki, 2018-ci il 1 yanvar tarixinə qədər olan statistik məlumatlara görə, ölkə ərazisində 222 baş dəvə var:
"Bu dəvələrdən 81-i Abşeronda, 50-si Sabirabadda, 13-ü Hacıqabulda, 67-si Cəlilabadda, 24-ü Naxçıvanda və 7-si isə Kürdəmirdədir. Yalnız Abşerondakı dəvəçilik ferması dövlətə məxsusdur, digərləri isə sahibkarlarındı”.
Nazirlik rəsmisi Şabranda hər hansı dəvəçilik təsərrüfatının yaradıldığı barədə məlumata malik olmadığın söyləyib...
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Son xəbərlər 
Daha çox 