• $
  • €
  • ₽
  • ₺
  • £

Elmar Vəliyevin səhhəti ilə bağlı yeni xəbər…

Elmar Vəliyevin səhhəti ilə bağlı yeni xəbər…
07.07.2018 16:00
"Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevinsəhhəti artıq yaxşıdır, qısa müddətdə işinin başına dönməyi planlaşdırır”.


Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyevbildirib.


O qeyd edib ki, E. Vəliyevin vəziyyəti ilə bağlı mütəmadi təmasdadır, onun səhhəti və müalicəsi, ümumiyyətlə hadisənin motivi ilə bağlı yayılan şayiələrin heç bir əsası yoxdur: "Qısa bir müddət ərzində gəncəlilər Elmar müəllimi işinin başında görəcəklər. O, ulu öndərin kursunun, cənab Prezidentin sadiq əsgərlərindəndir. Elmar müəllim daim yerli əhali, ictimaiyyət nümayəndələri ilə ünsiyyətdə olduqca nümunəvi davranış, təvazökarlıq nümayiş etdirib. Buna onun Gəncədə formalaşdırdığı komandanın fəaliyyətində də şahid olmaq olar”.


N. Həmzəyev bildirib ki, bu, E.Vəliyevə qarşı əvvəldən planlaşdırılmış bir terror niyyətinin nəticəsi idi: "Gəncədə içimizdən olan xainlər niyyətlərinə çata bilmədilər. Şükürlər olsun ki, onların bu cəhdi bu dəfə də uğursuz alındı. Elmar müəllimin səhhəti artıq çox yaxşıdır. Sadəcə olaraq terroru dəstəkləyən hər kəs qanun qarşısında, Allah qarşısında mütləq cavab verəcək”.


Qeyd edək ki, Yunus Səfərov adlı şəxs bu il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hüquq-mühafizə orqanlarının birgə məlumatında fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirdiyi, əvvəlcədən planlaşdırılmış terror aktı olduğu qeyd edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol