• $
  • €
  • ₽
  • ₺
  • £

"Həmsədrlərin bəyanatı Azərbaycana qarşı təxribatdır"

"Həmsədrlərin bəyanatı Azərbaycana qarşı təxribatdır"
20.11.2014 13:04

“ATƏT-in Minsk qrupu həmsədrlərinin helikopterin neytral ərazidə vurulması ilə bağlı bəyanatı Azərbaycana qarşı təxribatdır”.

ANN.Az “Report”a istinadən xəbər verir ki, bunu parlamentdə keçirilən iclasda sədrin birinci müavini Ziyafət Əsgərov deyib. O bildirib ki, Azərbaycanın qarşısında Dağlıq Qarabağ münaqişəsi kimi ciddi problem durur: “Bu məsələyə toxunmağımın əsas səbəbi ötən gün ATƏT-in həmsədrlərinin çox mənasız bir bəyanatla çıxış etməsidir. Helikopter bəyanatından sonra onlar deyiblər ki, helikopter hazırda neytral ərazidə yerləşir.

Bu bəyanatı tamamilə mənasız və məntiqsiz hesab edirik. Həmin ərazi Azərbaycanın ərazisidir. Buna görə də oranın neytral ərazi olmasından söhbət gedə bilməz. ATƏT-in Minsk qrupuna üzv olan dövlətlər dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini etiraf edərək qəbul ediblər. Bütün bunlardan sonra neytral ərazi anlayışı nə deməkdir? Ona görə də ATƏT-in Minsk qrupu həmsədrlərinin bu cür bəyanatı təxribatdır, məntiqsiz və mənasızdır”.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol