Moskvadan Bakıya yaşıl işıq: Qarabağ bu yolla...

Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll planından başqa yolla həlli qeyri-mümkündür.
Bu sözləri Axar.az-a Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin erməni həmkarı Armen Qriqoryanla görüşünü şərh edən millət vəkili Rasim Musabəyov deyib. Deputat bildirib ki, Rusiya vaxtilə mərhələli həll planının müəllifi olub:
"Vladimir Kazimirov hələ 1997-ci ildə Minsk Qrupunun həmsədri kimi bu təkliflə çıxış etmişdi. Sadəcə olaraq, ermənilər sonradan mərhələli həll planının əleyhinə çıxdılar. Ancaq bu məsələyə realist yanaşan hər bir siyasətçi və diplomat anlayır ki, indiki mərhələdə məsələnin başqa yolla həlli mümkün deyil. Ya münaqişə dondurulur və bu vəziyyət sonda müharibəyə aparıb çıxarır, ya da Qarabağ məsələsi mərhələli həll planı üzrə çözülür”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Son xəbərlər 
Daha çox 






















