• $
  • €
  • ₽
  • ₺
  • £

"Dünən Yunislə birlikdə qarpız yeyib, çay içmişik..." - icra başçısını güllələyənin VƏKİLİ DANIŞDI

"Dünən Yunislə birlikdə qarpız yeyib, çay içmişik..." - icra başçısını güllələyənin VƏKİLİ DANIŞDI
07.07.2018 19:36
Xəbər verdiyimiz kimi, iyul ayının 3-də, saat 20:30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan atəş açılıb. İcra başçısı və mühafizəçisinə atəş açan şəxs 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərovdur. Maraqlısı odur ki, sosial şəbəkələrdə paylaşılan şəkillərdə Yunis Səfərovun polis tərəfindən işgəncələrə məruz qaldığı, hətta öldürüldüyü bildirilir.

Bununla bağlı BiG.AZ-a açıqlama verən vəkil Elman Ağayev bildirib ki, Yunisin ölməsi ilə bağlı iddialar əsasızdır. İstintaq getdiyi üçün əlavə məlumatlar verə bilmərəm. Tək onu deyə bilərəm ki, Yunis sağ-salamatdır. Mətbuatda döyülməsi məsələsi çox şişirdilib. Mən iyulun 4-ü onu görəndə döyülmüş insan kimi hərəkət etmirdi. Mənimlə normal danışırdı. Üzündəki xəsarəti soruşanda bildirdi ki, polislər onu yaxalamaq istəyərkən olub. Mən onun bütün bədəninə baxmışam. Ondan əlavə heç bir xəsarəti yoxdur. İyulun 5-də də görmüşəm. Hər dəfə onunla görüşəndə döyülüb-döyülməməsini soruşuram. Hətta bədəninə baxıram. Ailəsi ilə əlaqəm hələ ki olmayıb. Buna, düzü, vaxt da tapa bilmirəm. Ziyalı, hüquqşünas bir oğlandır. Savadlı bir gəncdir. Vəkil kimi olmasa da, qanunu biləndir. 


"Peşmandırmı?" sualına vəkil onu zamanı gələndə Yunisin özü bildirəcəyini vurğulayıb: "Amma onun döyülməsi haqqında çıxan informasiyalar yalandır. Ən azından mən vəkiləm. İstəmərəm ki, müdafiə etdiyim şəxsə qarşı kimsə zor tətbiq etsin. Əgər belə bir şey olsa hər kəsə deyərəm. Hətta onu müdafiə etməkdən belə imtina edərəm. Yunis sağ-salamatdır. Dünən mənimlə birgə qarpız da yeyib, çay içib. Mənimlə rahat danışır. Bu hadisəni törədən şəxsdə təbii ki, müəyyən sıxıntı olacaq. Onu sadəcə bu gün görməmişəm. Vaxt edib gedib bu gün də görüşməyə çalışacam".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol