• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan ilk görüşdə bu iddianı irəli sürsə... – Qarabağ dialoqu

Paşinyan ilk görüşdə bu iddianı irəli sürsə... – Qarabağ dialoqu
29.05.2020 07:07
Putin ilin sonunadək liderləri görüşdürməyə çalışacaq.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Ermənistan rəsmiləri də artıq müharibənin qaçılmaz olduğunu etiraf edirlər:

"Təsadüfi deyil ki, Ermənistan prezidenti Armen Sərkisyan deyib ki, müharibə hamı üçün dağıdıcı olacaq. Yaxşı ki, hələ bunu anlayır. Buna baxmayaraq, Armen Sərkisyan İlham Əliyevlə görüşə hazır deyil, o, Azərbaycan prezidenti ilə Nikol Paşiyanın görüşüb müzakirə aparması gərəkdiyini bildirib. Sərkisyan baş naziri ona görə qabağa verir ki, Ermənistanda Konstitusiya dəyişikliyindən sonra əsas səlahiyyət sahibi prezident deyil, baş nazirdir”.

Politoloq qeyd edib ki, yaxın zamanda Kremlin Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirini görüşdürməyə çalışması mümkündür:

"Bu, payız aylarında baş tuta bilər. Unutmayaq ki, avqustun 30-da İlham Əliyev Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Nikol Paşinyanı dinləməkdə qəbahət görmürəm. Ancaq elə birinci görüşdəcə o, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını bölgənin statusu ilə əlaqələndirərsə, onunla növbəti görüşə ehtiyac qalmayacaq. Ümumiyyətlə, diplomatiyanın arxa plana keçdiyi və ordunun yeni strateji hədəfləri olduğu halda qarşı tərəflə mənasız görüşlərə ehtiyac yoxdur”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol