• $
  • €
  • ₽
  • ₺
  • £

XİN-də geniş tərkibli iclas keçirilib

XİN-də geniş tərkibli iclas keçirilib
09.07.2018 17:16
9 iyul – Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə xarici işlər naziri Elmar Məmmədyarov və nazirliyin əməkdaşları Fəxri xiyabanı ziyarət edərək Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini hörmət və ehtiramla yad edib və məzarı önünə əklil qoyublar. Oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə gül dəstələri düzülüb.
 
XİN-dən AzVision.az-a verilən xəbərə görə, sonra Şəhidlər Xiyabanını ziyarət edən Naziri Elmar Məmmədyarov və XİN əməkdaşları müstəqilliyimiz uğrunda canlarını fəda edən şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb və onların xatirəsinə ucaldılmış "Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə xarici işlər naziri Elmar Məmmədyarovun sədrliyi ilə nazir müavinləri, kollegiya üzvləri, xüsusi tapşırıqlar üzrə səfirlər, XİN-nin idarə və struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.

Xarici işlər naziri Elmar Məmmədyarov peşə bayramı münasibətilə XİN kollektivini, o cümlədən xarici ölkələrdəki diplomatik nümayəndəliklərin əməkdaşlarını təbrik etdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzu etdi.

Nazir Elmar Məmmədyarov dövlət başçısının rəhbərliyi altında ölkəmizin milli maraqlarına xidmət edən xarici siyasət kursunun tarazlaşdırılmış və çoxistiqamətli əsaslarla davam etdiyini qeyd etdi. Nazir dövlət başçısının daim Xarici İşlər Nazirliyinə göstərdiyi diqqət və qayğısından danışaraq 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı dövlət başçısının ölkəmizin xarici siyasətinə yüksək qiymət verdiyini diqqətə çatdırdı.

Geniş tərkibli iclasda 8 iyul tarixində XİN kollektivinin, o cümlədən gənc qadın əməkdaşların qoşunların təmas xəttinə səfəri, peşə bayramını ön xətdə xidmət çəkən əsgər və zabitlərlə birlikdə qeyd etmələri, təmas xəttinə ən yaxın yaşayış məntəqələrindən biri kimi Tərtərin Qapanlı kəndinə getmələri, məcburi köçkünlər üçün yeni salınmış Şıxarx qəsəbəsi və ermənilərin Qarabağa köçürülməsinin 200 iliyi ilə əlaqədar tikilmiş və sonradan ermənilər tərəfindən dağıdılmış Marağa 150 abidəsinin qalıqları ilə yerində tanış olmaları xüsusilə vurğulandı. 

Geniş tərkibli iclasda gündəlikdə duran prioritet tapşırıq və vəzifələr, regiondakı vəziyyət, 2019-cu ildə qeyd ediləcək Xarici İşlər Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar tədbirlər planının hazırlanması, 2019-2022-ci illərdə Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi və 2019-cu ildə Qoşulmama Hərəkatı zirvə toplantısının Azərbaycanda keçirilməsi məsələləri müzakirə olundu. Nazir Elmar Məmmədyarovun rəhbərliyi altında Xarici İşlər Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar tədbirlərin hazırlanması və həyata keçirilməsi üzrə təşkilat komitəsi yaradıldı. 

İclasa yekun vuran Nazir Elmar Məmmədyarov müzakirə olunan məsələlər üzrə təlimatlarını verdi. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol