• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda partiya sədrinə hökm oxundu

Azərbaycanda partiya sədrinə hökm oxundu
29.05.2020 04:59
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq yolu ilə vətəndaşların külli miqdarda əmlakını ələ keçirməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Bəhruz Baxşıyev 10 il, İlqar Məmmədov 9 il, Rəşad Həsənov isə 4 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, təqsirləndirilən şəxslər - Bəhruz Baxşıyev, İsa Əkbərov, İlqar Məmmədov və Rəşad Həsənov əlbir olaraq vətəndaşları ali məktəblərə düzəltmək adı ilə dələduzluq ediblər. Bundan başqa, İlqar Məmmədov Bakı şəhərində inşa edilən çoxmərtəbəli binaların tikintisi üzrə komissiyanın sədri kimi təqdim edərək, Rəşad Həsənovla cinayət əlaqəsinə girib. Onlar şəhid ailələri, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və əlil insanları mənzillə təmin etmək adı ilə aldadıblar. Həmçinin İlqar Məmmədov Ülvi Əliyev və Lütfü Əliyevə bıçaqla xəsarət yetirməkdə təqsirli bilinir. Qeyd edək ki, təqsirləndirilən İlqar Məmmədov ibtidai istintaq və məhkəmə zamanı verdiyi ifadələrində Azərbaycan Xalq Respublikaçıları Partiyasının sədri olduğunu və Azərbaycan Beynəlxalq Universitetində (ABU) beynəlxalq hüquqdan dərs dediyini bildirib. Onu da əlavə edək ki, təqsirləndirilən İ. Əkbərov xəstə olduğu üçün onun cinayət işi ayrıca icraata verilib.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol