• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentdən Azərbaycanın rus əhalisinə MÜRACİƏT

Prezidentdən Azərbaycanın rus əhalisinə MÜRACİƏT
14.11.2014 20:20
Prezident İlham Əliyev Azərbaycan Rus İcması İctimai Birliyinin IV qurultayının iştirakçılarına müraciət edib.

Müraciətdə deyilir: "Hörmətli qurultay iştirakçıları! Sizi – Azərbaycan Rus İcması İctimai Birliyinin IV qurultayının iştirakçılarını səmimi qəlbdən salamlayır, hamınıza ən xoş arzularımı yetirirəm".Dövlət başçısı qeyd edib ki, tarixən müxtəlif xalqlar və dinlər arasında səmimi dostluq, qardaşlıq, qarşılıqlı hörmət və etimad mühitinin hökm sürdüyü Azərbaycanda rus icması həmişə əmin-amanlıq şəraitində yaşayıb, dil və mədəniyyətini, milli və dini adət-ənənələrini qoruyub saxlamaqla, çoxmillətli cəmiyyətimizin etnik-mənəvi mənzərəsini özünəməxsus çalarlarla zənginləşdirib: "Məmnuniyyətlə qeyd etmək istərdim ki, Azərbaycanın rus əhalisi ictimai-siyasi həyatımızda, milli dövlətçiliyimizin inkişafında yaxından iştirak edir. Onların tam və bərabərhüquqlu vətəndaş kimi cəmiyyətə inteqrasiyası və etnik-mədəni özünəməxsusluğunun qorunub saxlanması üçün ölkəmizdə hərtərəfli hüquqi-demokratik şərait təmin olunmuşdur. Sovet İttifaqının süqutundan sonra postsovet məkanında rus dilinə qarşı məlum basqı və neqativ halların əksinə olaraq, bu gün Azərbaycanda rus dilində orta ümumtəhsil məktəbləri, ali təhsil ocaqları, universitetlərdə rusdilli bölmələr, Dövlət Rus Dram Teatrı, rusdilli teatr truppaları, rusdilli mətbu orqanlar və digər ictimai-mədəni qurumlar öz fəaliyyətini uğurla davam etdirməkdədir. Təsadüfi deyil ki, hazırda Cənubi Qafqazda ən böyük rus icması məhz bizim ölkəmizdə yaşayır".İlham Əliyev bildirib ki, 1988-1989-cu illərdə Ermənistanda azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə və deportasiya nəticəsində mürtəce erməni şovinizmindən əziyyət çəkən rus xalqının minlərlə nümayəndəsinin Azərbaycana pənah gətirməsi də burada millətlərarası münasibətlərin və etnik-dini tolerantlığın necə yüksək səviyyədə olduğuna bariz nümunədir: "Azərbaycan Rus İcması Birliyi, ictimai təşkilat olaraq, 20 ildən artıqdır ki, vətəndaş cəmiyyəti quruculuğunda səmərəli fəaliyyət göstərir, xalqlarımızın və mədəniyyətlərimizin bir-birinə daha da yaxınlaşmasında və qarşılıqlı zənginləşməsində önəmli işlər görür. Əminəm ki, bu təşkilat respublikamızın rus icmasını bundan sonra da layiqincə təmsil edəcək, cəmiyyətimizdə vətəndaş həmrəyliyinin, xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında səylərini gücləndirəcəkdir. Bu yolda hər birinizə cansağlığı və qurultayınızın işinə uğurlar arzulayıram".ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol