• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ xüsusi prokuroru Emin Ağalarovu dindirmək istəyir

ABŞ xüsusi prokuroru Emin Ağalarovu dindirmək istəyir
29.05.2020 05:54
usiyanın ABŞ-dakı prezident seçkilərinə güman edilən müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller, ABŞ KİV-lərinin iddia etdiyi kimi, kiçik Donald Trampla rusiyalı hüquqşünas Natalya Veselnitskayanın Nyu-Yorkda görüşünün keçirilməsinə kömək etmiş müğənni Emin Ağalarovu dindirmək niyyətindədir.
Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə NBC telekanalı müğənninin vəkili Skott Balberə istinadən məlumat verib.

Müdafiəçinin sözlərinə görə, xüsusi prokurorun aparatı icraçının nümayəndələri ilə sıx əlaqədədir. Hüquqşünas qeyd edib ki, hazırda Ağalarovla Müllerin görüşünün mümkünlüyü "müzakirə edilir”. "Necə olacağı məlum deyil”, - Balbera deyib.

Mənbə qeyd edir ki, vəkil xüsusi prokurorun Emin Ağalarovun atası Araz Ağalarovla söhbətdə maraqlı olub-olmaması barədə heç bir söz deməyib. Araz Ağalarovun adı kiçik Trampın sonradan dərc etdirdiyi və görüşün təşkilinə aid olan yazışmada çəkilirdi.

Söhbət 2016-cı ilin iyununda Nyu-Yorkun "Trump Tower” göydələnində baş tutmuş görüşdən gedir. Həmin görüşdə Veselnitskaya iştirak edib. Daha öncə kiçik Tramp etiraf edib ki, onunla görüşə Hillari Klinton barədə təxribat xarakterli məlumat əldə edə bilmək arzusu ilə gəlib. Siyasi rəqiblər isə iddia edirlər ki, bu görüş Trampın seçki qərargahı ilə Rusiya arasında güman edilən əlaqələrin mövcudluğunu sübut edir.

38 yaşlı Azərbaycan əsilli müğənni cari ilin aprel ayının 20-də Demokrat Partiyasının Milli Komitəsi tərəfindən Manhetten məhkəməsinə verilmiş iddia ərizəsində cavabdehlərdən biri kimi qeyd olunub. İddiaçıların fikrincə, Trampın seçkiöncəsi kampaniyası Rusiya tərəfindən dəstəklənirmiş.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol