• $
  • €
  • ₽
  • ₺
  • £

Məmmədyarov Qarabağ barədə: Azərbaycan dialoqa açıqdır, ancaq...

Məmmədyarov Qarabağ barədə: Azərbaycan dialoqa açıqdır, ancaq...
06.08.2018 13:35
Azərbaycan dialoqa açıqdır. Ancaq bu, nəticəyə və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi prosesinin tezliklə başlanmasına istiqamətlənmiş məzmunlu və məsuliyyətli danışıqlar olmalıdır.

Oxu.Az xəbər verir ki, bu fikiləri "RİA Novosti” agentliyinə açıqlamasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib. 

Onun sözlərinə görə, bu müşkül məsələni həll etmək lazımdır və bundan sonra yaranan bütün problemlərin həlli tamamilə başqa xarakter alacaq və belə çətinliklərlə əlaqəli olmayacaq. 

"ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar uzun müddətdir davam edir. Onun mandatı haqqında sənəddə bildirilir ki, Minsk qrupu öz fəaliyyətində müvafiq beynəlxalq hüquq prinsipləri və normalarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki yekun aktının müddəalarına əsaslanır.

Beynəlxalq ictimaiyyət beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.  Münaqişənin həlli məhz bu müddəalara əsaslanmalıdır. 

Xatırlatmaq istərdim ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələri işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan Respublikası ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Minsk Qrupunun həmsədrləri tərəfindən təklif olunan mərhələli həll modelləri uzun müddətdir hər kəsə məlumdur. Rusiya, ABŞ və Fransa rəhbərlərinin birgə bəyanatlarında dəfələrlə işğal faktına əsaslanan status-kvonun qəbuledilməzliyi ilə bağlı mövqe səsləndirilib.

Əfsuslar olsun ki, indiyə qədər biz bu işə son qoya bilməmişik. Müvəqqəti həll prosesini inkişaf etdirmək üçün mövcud formata və mövcud gündəmə əsaslanan danışıqların intensivləşdirilməsini təmin etməliyik”, - nazir deyib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol