• $
  • €
  • ₽
  • ₺
  • £

KTMT: Regionda vəziyyət daha da gərginləşə bilər

KTMT: Regionda vəziyyət daha da gərginləşə bilər
13.11.2014 18:23
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja noyabrın 12-də Dağlıq Qarabağ münaqişəsi zonasında Ermənistana məxsus hərbi helikopterin vurulmasına münasibət bildirib.ANN.Az APA-ya istinadən xəbər verir ki, N. Bordyuja bildirib ki, bu təhlükəli insident regionda vəziyyəti daha da gərginləşdirə bilər:“Bu, bizim narahatlığımızı artırır. 2014-cü il ərzində təmas xətti və Azərbaycan-Ermənistan sərhədində silahlı insidentlər davamlı şəkildə baş verib. Təkcə yayda uç ay ərzində atəşkəs rejimi 1500 dəfə pozulub. Yaşayış məntəqələri və dinc əhali atəşə tutulub. Kəşfiyyat-diversiya qruplarının təmas xəttini keçməsi, zorakılıqlar və dinc sakinlərin ölməsi faktları baş verib. Helikopterin məhv edilməsi zorakılığın təhlükəli təzahürüdür. Cənubi Qafqazda vəziyyət getdikcə gərginləşir. Mən inanıram ki, biz bu vəziyyətin inkişafının qarşısını almaq məqsədilə addımlar atmalıyıq. Güc tətbiq etməkdən imtina, atəşkəs rejiminə ciddi şəkildə riayət edilməsi və provokativ addımlara yol verilməməsi belə hadisələrin qarşısını ala bilər. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesinin davam etməsi zəruridir”.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol