• $
  • €
  • ₽
  • ₺
  • £

Rus ekspertlər Trampın Ərdoğandan nə istədiyini açıqladı

Rus ekspertlər Trampın Ərdoğandan nə istədiyini açıqladı
12.08.2018 19:14
ABŞ bir çox məsələdə Türkiyənin fikir yürütmək haqqını tanımağa hazır deyil.
Milli.Az xəbər verir ki, bunu "Rusiya Todey" kanalına açıqlamasında Rusiya Beynəlxalq Humanitar və Siyasi Araşdırmalar İnstitutunun eksperti Vladimir Bruter söyləyib. Bu barədə Axar.az məlumat yayıb.
O, ABŞ Prezidenti Donald Trampın Türkiyədən idxal edilən alüminium və poladın gömrük vergisinin artırılması qərarının iki ölkə arsındakı vəziyyəti gərginləşdirəcəyini deyib:
"ABŞ şübhəsiz, Türkiyəni Suriyadakı müttəfiqi kimi görür, ancaq ehtimal ki, indi vəziyyət bir qədər dəyişib. Türkiyə ən azından Suriyadakı bütün məsələlərlə bağlı fikir sahibi olduğu üçün ABŞ-ın strateji ortağı deyil. Bu səbəbdən Türkiyə hazırda ABŞ-dan uzaqlaşıb. ABŞ Türkiyənin daha da uzaqlaşmasından qorxaraq əsas məsələlərdə razılaşmaq üçün bir sıra yollar tapmağa çalışacaq".
Trampın uzun müddət Ankaraya güzəşt etməyəcəyini deyən ekspert Vaşinqtonun aktual məsələlərdə müzakirələrdən imtina etməyəcəyindən əmin olduğunu söyləyib:
"ABŞ Türkiyənin Vaşinqtonun təsir dairəsindən sürətlə uzaqlaşmaması üçün bunu etməyə məcbur olacaq".

Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun üzvü Vladimir Vasilyev isə Vaşinqtonun Ankaraya qarşı bu siyasətinin səbəblərindən birinin Türkiyənin Rusiyadan S-400 müdafiə sistemi alması olduğunu deyib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 iyul hərbi çevriliş cəhdindən sonra ABŞ-a inamını itirdiyini, Tramp rəhbərliyinin isə iki ölkə arasındakı münasibətləri düzəltmədiyini bildirib:
"Bu vəziyyət Ərdoğanın ümumi siyasətində Qərb sektorundan uzaqlaşmasından qaynaqlana bilər. Bəlkə də Ərdoğan Qərbin birbaşa Türkiyəni dəstəkləməyə hazır olduğuna inanmır. Nə ABŞ, nə də Qərbi Avropa onu Türkiyə lideri kimi görmək istəyir. Böyük ehtimalla, gələcəkdə də belə davam edəcək".
Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Problemləri Araşdırma Mərkəzinin eksperti Konstantin Bloxin Trampın qərarlarının iki ölkə arasındakı böhranı daha da dərinləşdirdiyini deyib:
"ABŞ-ın bu mövqeyi Vaşinqtonun siyasətini qəbul etməyən bütün dövlətlər arasında əməkdaşlığı daha da gücləndirəcək. Rusiya, Çin və İran arasında əməkdaşlığın hansı formada güclənəcəyini görürük. Türkiyənin də bu birliyə qoşulacağını düşünürəm".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol