• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniya: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir”

Almaniya: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir”
12.11.2014 18:19

Almaniya Bundestaqının internet saytında “Dağlıq Qarabağ uğrunda iğtişaşlar” sərlövhəli məlumat dərc olunub.

Məlumatda, bu ilin əvvəlindən Dağlıq Qarabağ münaqişəsində atəşkəsin pozulması hallarının intensivləşdiyi qeyd olunur. Bildirilir ki, Bundestaqın “Solçular” fraksiyasının bununla bağlı AFR hökumətinə ünvanlandığı sorğuya Xarici İşlər Nazirliyi cavab verib. “Solçular” Fraksiyasının 18/2728 nömrəli kiçik sorğusuna Federal hökumətin 18/2816 nömrəli cavabında deyilir: “Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz tərkib hissəsidir, amma erməni silahlı qüvvələrinin nəzarətindədir”.

Cavab məktubunda, həmçinin bildirilir ki, təmas xəttində qarşıdurmalar iyulun sonu və avqustun əvvəlində zirvə nöqtəsinə çatıb, sonradan yenidən əvvəlki illərin vəziyyətinə qayıdıb. Daha çox snayper və avtomatlardan, eləcə də digər piyada əl silahlarından istifadə olunub. Federal hökumətin məlumatına görə, qondarma “Dağlıq Qarabağ Respublikası” “özünümüdafiə qüvvələrinin” 23000 əsgəri var. Onlardan 8000 nəfəri Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusudur. //AzərTac.az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol