• $
  • €
  • ₽
  • ₺
  • £

XİN: İşğal olunmuş ərazilərlə bağlı qanuna ehtiyac yoxdur

XİN: İşğal olunmuş ərazilərlə bağlı qanuna ehtiyac yoxdur
03.09.2018 09:39
Xarici İşlər Nazirliyi (XİN) işğal olunmuş ərazilər və həmin ərazilərə qanunsuz səfərlərin qarşısının alınması ilə bağlı məsələləri tənzimləyəcək ayrıca xüsusi qanuna ehtiyac görmür.

Bunu Oxu.Az-a açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Qeyd edək ki, artıq neçə illərdir ki, bir çox millət vəkilləri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərin, separatçı-terrorçu rejimlə işbirliklərinin qarşısının alınması ilə bağlı ayrıca qanunun qəbul edilməsi təklifləri səsləndirilir.

Hətta bir müddət öncə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və komitənin keçmiş sədr müavini (hazırda "Qaçqınkom”un sədri - red.) Rövşən Rzayev tərəfindən müvafiq qanun layihəsinin hazırlandığı bildirilirdi.

R. Rzayev özü də bunu təkzib etməmişdi. Qeyd edək ki, separatizmdən əziyyət çəkən bir çox dövlətlərdə, o cümlədən, qonşu Gürcüstanda belə qanun mövcuddur.

Bu məsələ ilə bağlı fikirlərini açıqlayan XİN rəsmisi bildirib ki, burada hər bir dövlətin təcrübəsi fərqli ola bilər.

"Biz bu məsələ ilə bağlı digər dövlətlərin təcrübəsi ilə tanışıq. Bir sıra ölkələrdə işğal olunmuş ərazilərlə bağlı ayrıca qanunlar mövcuddur. Amma Azərbaycanın öz təcrübəsində, Azərbaycanın öz reallığında məsələlərə baxsaq, görərik ki, mövcud qanunvericilik bazası işğal olunmuş ərazilərimizdəki fəaliyyətləri, xüsusilə, qeyri-qanuni fəaliyyətləri tənzimləmək üçün zəruri hüquqi çərçivə yaradır.

Ona görə, bəlkə də, işğal olunmuş ərazilərlə bağlı ayrıca qanunun qəbul edilməsi ilə əlaqədar xüsusi bir zərurət yaranmayıb. Təbii ki, dediyim kimi, bu proses nəzərdən keçirilir, digər ölkələrin təcrübəsinə baxılır.

Amma məsələyə Azərbaycanın mövcud qanunvericiliyi kontekstindən baxsaq, görərik ki, ölkəmizin işğal olunmuş ərazilərdəki fəaliyyətləri, xüsusən, qeyri-qanuni fəaliyyətləri tənzimləyən kifayət qədər mexanizmlər və müddəalar var.

Götürək işğal olunmuş ərazilərimizə qanunsuz səfərləri... 

Bunlar Azərbaycan Respublikasının ərazi btüövlüyünün, suverenliyinin, Miqrasiya Məcəlləsinin, pasport rejimi, ölkəyə giriş-çıxışla bağlı məsələləri tənzimləyən və digər qanunların kobud şəkildə pozulmasıdır.

Yaxud, götürək işğal olunmuş ərazilərimizdə iqtisadi fəaliyyətlərin aparılması...

Bu, Azərbaycanda sahibkarlıq fəaliyyətini, o cümlədən, vergi ödəmələri ilə əlaqədar məsələləri tənzimləyən qanunlarımızın aşkar pozulmasıdır. Bu baxmdan, kifayət qədər qanunvericilik bazası var.

Azərbaycan olaraq əsas diqqət yetirdiyimiz məsələ odur ki, münaqişənin həllində irəliləyiş olsun, işğal faktı aradan qaldırılsın. Əsas diqqət bu məsələyə yönəlib”, - deyə XİN rəsmisi əlavə edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol