• $
  • €
  • ₽
  • ₺
  • £

Eldar Mahmudov “dustaqlıqdan çıxdı” - İDDİA

Eldar Mahmudov “dustaqlıqdan çıxdı” - İDDİA
05.09.2018 16:05
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı maraqlı xəbər almışıq. Redaksiyamıza daxil olan məlumatda deyilir ki, sabiq nazir artıq tam şəkildə sərbəst hərəkət izni alıb. O, daha ölkə sərhədləri çərçivəsində dustaq deyil.

Hərəkət sərbəstliyi sabiq nazirə ölkədən sərbəst çıxıb geri qayıtmağa imkan verir. Gələn məlumatda deyilir ki, Eldar Mahmudov yay tətilini əsasən ölkədən kənarda keçirib. Onun bir müddət Londonda istirahət etməsi haqda da iddia var. Bu məlumatların nə dərəcədə doğru olmasını dəqiqləşdirmək çətindir. Sabiq nazir media ilə təmaslardan qaçır.

Eldar Mahmudovun həbsdəki əmisi oğlu və köməkçisi olmuş Vüqar Mahmudovun tez bir zamanda həbsdən çıxarmağa çalışması haqda da məlumatlar var. Vüqar Mahmudovu ötən il noyabrın 3-də həbs ediblər. Ötən müddət ərzində onun barəsindəki həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə artırılıb. Sonuncu dəfə müddətin artırılması 2018-ci il iyunun sonlarında baş tutub. Bakı Hərbi Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə prosesdə istintaq orqanının təqdimatı üzrə qərar elan edilib.

Qərara görə təqdimat təmin edilib və Vüqar Mahmudovun barəsində seçilmiş həbs-qətimkan tədbiri daha 3 ay müddətinə uzadılıb. Vüqar Mahmudovun barəsindəki həbs müddətinin bitməsinə 20 gündən bir qədər artıq vaxt qalıb. Vüqar Mahmudov 10 aydan artıqdır ki, həbsdədir. Ötən müddət ərzində Vüqar Mahmudov bir neçə dəfə sorğu-sual olunub. Qısa dindirmələr əsasən Vüqar Mahmudova verilən mənimsəmə ittihamı üzrə olub. Vüqar Mahmudovun həbsinin ilk günlərində yayılan məlumatlarda bildirilirdi ki, ondan sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova qarşı ifadə almağa çalışıblar.

Vüqar Mahmudov Eldar Mahmudovun "sağ əli” hesab edilirdi. V.Mahmudov Eldar Mahmudovun köməkçisi statusunda olsa da, bir çox hallarda nazir müavinlərindən artıq səlahiyyətli olub. İddialara görə, onun kabinetində bir neçə iri seyf olub. Həmin seyflərə iş adamlarından, müxtəlif vəzifə sahiblərindən, məmurlardan toplanan xəraclar yığılıb. Sonradan həmin pullar kisələrə doldurularaq banklara daşınıb. Bu əməliyyatlara V.Mahmudov rəhbərlik edib. MTN-də yığılan rüşvət pullarının kisələrə doldurularaq banka rahat daşınmasına hazırlıq görülürmüş. Sonradan həftədə bir neçə dəfə MTN-ə gedərək oradan maşınlara yüklənən pul dolu kisələrlə banka qayıdıb. Pulun sürücüyə təhvil verilməsinə də Vüqar Mahmudov nəzarət edib. Sonradan "qara pul”lar xaricdəki bank hesablarına ötürülüb. Vüqar Mahmudovun bu epizodlar üzrə dindirildiyi haqda məlumatlar vardı.

Əsasən ləğv edilmiş MTN tərəfindən cəzalandırılan şəxslərdən yığılan pullar Vüqar Mahmudov tərəfindən toplanaraq bu haqda nazirə məruzə olunurmuş. Vüqar Mahmudovun həbsindən sonra yayılan xəbərlərdə onun ifadəsi əsasında Eldar Mahmudovu həbs etmək istəyinin olduğu da vurğulanırdı. Son məlumatlara görə, artıq Vüqar Mahmudova qarşı belə bir tələb irəli sürülmür. Belə iddialar var ki, Eldar Mahmudova qarşı əvvəlki sərt münasibət yoxdur, sabiq nazirə qarşı daha loyal mövqeyə keçid olunub.

V.Mahmudova Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Yada salaq ki, Vüqar Mahmudov həbs olunan günlərdə Eldar Mahmudovu da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırıb dindiriblər.

//baku.ws

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol