• $
  • €
  • ₽
  • ₺
  • £

Nazarbayevin bəyanatları Ermənistanı qarışdırdı

Nazarbayevin bəyanatları Ermənistanı qarışdırdı
07.11.2014 11:25

Yerevan hökumətinin  Avrasiya İqtisadi İttifaqına qoşulması haqqında müqavilə Ermənistan parlamentinin 17-18 noyabrda keçiriləcək növbədənkənar sessiyasında müzakirəyə çıxarılacaq.

Avrasiya İqtisadi İttifaqının Astanada keçirilən təsis konfransında Qazaxıstan lideri Nursultan Nazarbayevin  Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın təşkilata üzvlüyü barədə  irəli sürdüyü şərtləri özündə ehtiva edən məktubunu oxuması hələ də müzakirə mövzusu olaraq qalır. Həmin tədbirdə iştirak edən Serj Sərkisyanın və xarici işlər naziri Edvard Nalbandyanın Azərbaycan prezidenti İlham Əliyevin şərtlərinə bir cümlə ilə də olsa cavab verə bilməməsi fonunda biabırçı susqunluğu Ermənistan siyasi çevrələrinin bu gün də gündəmdə olan əsas müzakirə predmetidir.

İlham Əliyevin Ermənistanın  yalnız beynəlxalq təşkilatların tanıdığı sərhədlər daxilində Avrasiya İttifaqına üzv ola bilməsi tələbini səsləndirməsi rəsmi Yerevanın Dağlıq Qarabağla bağlı planlarını alt-üst etdi. Bu, Avrasiya İqtisadi Birliyinin Minsk sammitində daha qabarıq şəkildə özünü biruzə verdi. Ermənistanın Dağlıq Qarabağsız Avrasiya Birliyinə qoşulması haqqında sənədi imzalaması ərəfəsində çıxış edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev problemli sərhəd məsələləri ilə bağlı kompromis əldə olunduğunu bəyan etməklə, əslində Ermənistanın Azərbaycanın şərtini qəbul etdiyinə işarə vurdu.

Üstüörtülü olsa da, Nazarbayevin belə çıxışı Sərkisyan hakimiyyətinin növbəti təxribat cəhdlərinin iflası kimi şərh edilə bilər.  

ANN.Az Modern.az-a istinadən məlumat verib ki,  “Azadlıq” radiosunun Qazaxıstan xidməti Ermənistan prezidenti Serj Sərkisyanın İlham Əliyevin şərtini qəbul etməsi fonunda, Nazarbayevin də məsələdəki rolu barədə məqalə dərc edib.  “Nazarbayevin iki sitatı Ermənistanda böyük mübahisələr doğurdu” başlıqlı yazıda qeyd olunur ki, Ermənistan siyasi partiyalarının əksəriyyəti Avrasiya İqtisadi Birliyinə qarşı deyil, sadəcə olaraq, əsas problem Qarabağın proseslərə cəlbi ilə bağlıdır.  

Müxalif “İrs” Partiyasının parlament fraksiyasının rəhbəri  Ruben Akopyana  Dağlıq Qarabağla Ermənistan arasında gömrük postu qurulması məsələsinə toxunarkən, Yerevan hökumətinin Azərbaycan qarşısında acizliyini dolayısı ilə  pərdələməyə çalışıb.

O qeyd edib ki, Azərbaycanın Qarabağ öz sərhədləri kimi dünya ictimaiyyətinə təqdim etməsi guya “qeyri-ciddi” addımdır. 

Belə sərsəm fikirlər səsləndirən erməni deputatın qənaətincə, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə bağlı imzaladığı müqavilədə Qarabağla bağlı müddəa yoxdur.  

“Azadlıq” radiosunun Qazaxıstan xidməti Ermənistanın “Daşnaksütyun” Partiyasına da istinad edib. Partiyanın parlament fraksiyasının rəhbəri Armen Rustamyan da Ermənistan hakimiyyətinin planlarının boşa çıxmasını ört-basdır etmək üçün bildirib: “Mən düşünmürəm ki, bu proses Qarabağın tamamilə sıxışdırılmasına gətirib çıxaracaq. Azərbaycanın hökmü altında Qazaxıstan Qarabağı proseslərdən kənarda qoymaq istəyir”. 

Qeyd edək ki, Kremlin layihəsi olan Avrasiya İqtisadi İttifaqının 2015-ci ilin yanvarın 1-dən fəaliyyətə başlayacağı planlaşdırılır.   Görünür, Rusiyanın boyunduruğuna girməklə özünü sığortalamağa çalışan Serj Sərkisyanın opponentləri Yerevanın  Qarabağla bağlı uğursuzluğunu öz millətçi xarakterlərinə sadiq qalaraq Ermənistan dövlət maraqlarından çıxış edirlər.

Serj Sərkisyanın Rusiyanın forpostu olmasına qarşı çıxanlar Qarabağ məsələsi gündəmə gəlincə, birdən-birə 180 dərəcə dönüş edərək rəsmi Yerevanın Moskva yönümlü siyasi xəttinə dəstək nümayiş etdirmələri isə qəribədir.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol