• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan Moskvada sərsəm bəyanat verdi

Paşinyan Moskvada sərsəm bəyanat verdi
09.09.2018 10:59
Paşinyan Moskvada sərsəm bəyanat verdi

Ermənistan baş naziri Nikol Paşinyan Moskvaya dünənki səfəri zamanı Rusiyadakı bir qrup erməni biznesmenləri ilə görüşüb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan bu görüşdə Rusiya ilə Ermənistan arasındakı münasibətlərdə "heç bir problemin olmadığını”deyib və erməni oliqarxları Ermənistana yatırım qoymağa çağırıb. Habelə o görüşdə Dağlıq Qarabağ münaqişəsinə dair avantürist bəyanatla çıxış edib. 

Paşinyanın sözlərinə görə, "Dağlıq Qarabağ respublikası gələcəkdə erməni ərazilərinin tamhüquqlu tərkib hissəsi olmalıdır”. 
"Mənim təsəvvürümdə Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir"-o deyib.
O deyib ki, Ermənistan Dağlıq Qarabağın ərazicə kimə mənsub olması ilə bağlı Azərbaycanla mübahisədə heç bir güzəştə getməyə hazır olmayacaq. Paşinyana görə bu kontekstdə hansısa güzəşt "zəiflik” kimi qiymətləndiriləcək və Qarabağın ərazi mənsubiyyəti barədə erməni tərəfinin mövqeyi dəyişməzdir.

Bu, Paşinyanın hakimiyyətə gələndən sonra Qarabağa dair nümayiş etdirdiyi növbəti və daha sərt avantüradıır. Əvvəlcə o, Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmayacağını və qondarma "dqr”in danışıqlarda tərəf kimi iştirak etməli olduğunu bildirmişdi.
Moskvaya yola düşməzdən əvvəl isə Paşinyan "Ermənistanın  və bütün erməni xalqının” Azərbaycana əks-zərbə vurmağa hazır olduğunu deyib. 
Qeyd edək ki, rəsmi Bakı Paşinyanın Qarabağa dair populist və avantürist açıqlamalarına əsasən reaksiya vermir və Ermənistanın yeni rəhbərliyinin əvvəlki hakimiyyətlərin yolu ilə getməyəcəyinə ümid edir. Lakin belə görünür ki, erməni inqilabının liderinin nəinki Qarabağ məsələsində nəinki hansısa konstruktivlik nümayiş etdirmək niyyəti yoxdur, eləcə də o ümumiyyətlə danışıqlar aparmaqda maraqlı deyil.
Ermənistanın keçmiş rəhbərliyi Dağlıq Qarabağın Ermənistana birləşdirilməli olduğu haqda heç vaxt bu cür bəyanat səsləndirmirdi və əsasən Dağlıq Qarabağın "öz müqəddəratını təyin etməsi hüququ” barədə danışırdı. Paşinyan isə daha da irəli gedərək Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olacağı barədə danışır.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol