• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan açıqladı: Əlimdə sənəd var, 7 rayonun qaytarılması...

Paşinyan açıqladı: Əlimdə sənəd var, 7 rayonun qaytarılması...
13.09.2018 11:58
Qarabağ məsələsi yenidən Ermənistan parlamentində mübahisəyə səbəb olub.

Axar.az xəbər verir ki, mübahisə bu dəfə Ermənistanın Respublikaçılar Parityasından olan deputat Armen Aşotyanla Baş nazir Nikol Paşinyan arasında yaşanıb. Belə ki, Aşotyan parlamentdə çıxışı zamanı Paşinyanın son mitinqdə etdiyi çıxışa diqqəti yönəldib:

"Siz son mitinqinizdə "Onlar əraziləri verməyə gəliblər. Mən bunu sənədlər əsasında bilirəm. Ona görə ki, kimin nə dediyini görürəm” ifadələrini işlətmisiniz. Mən məktub yazaraq sizdən xahiş etdim ki, danışıqların hansı mərhələsində belə bir şeyin olmasını dəqiqləşdirəsiniz. Siz dediniz ki, danışıqların məxfiliyini pozmaq haqqına sahib deyilsiniz. Mən Serj Sərkisyana müraciət etdim və öyrəndim ki, onun dönəmində danışıqlarda hər zaman əsas məsələ Qarabağın statusu məsələsi olub”.

Bundan sonra Paşinyan Aşotyanın ittihamlarına cavab verib:

"Danışıqlar masasında heç vaxt Qarabağın statusunu zəmanət altına alacaq və dəqiq göstərəcək variant olmayıb. Siz bunu bilirsiniz. Son illər isə Qarabağın statusu daha çox kənara atılmağa başlanılıb. Mən vərəsəliklə Qarabağın statusu haqqında heç bir şeyin olmadığı variantı əldə etmişəm. Bu variantda yalnız Azərbaycanın ərazilərini geri qaytarmaq yer alır. Bunu rəsmi şəkildə sizə deyirəm. Mən demirəm ki, bu sənəd imzalanıb. Deyirəm ki, bu danışıqlar masasındakı son variantdır. Demişəm və deyirəm ki, Qarabağın iştirakı olmadan məsələnin həlli mümkün deyil”.

Aşotyan bundan sonra Paşinyana yenidən müraciət edərək, onun fikri ilə razılaşmadığını deyib. O, daha sonra Paşinyana ritorik sual verib?

"Əgər Paşinyanın dedikləri həqiqətdirsə və həqiqətən Azərbaycan üçün belə sərfəli variant müzakirə edilibsə, o zaman aydın deyil ki, Bakı niyə bunu qəbul etməkdən imtina edib?”

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol