• $
  • €
  • ₽
  • ₺
  • £

Müxalifət liderlərinin aylıq gəlirləri - SORĞU

Müxalifət liderlərinin aylıq gəlirləri - SORĞU
06.11.2014 11:21

“Report.az” saytı Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyasədrlərinin aylıq gəlirlərinin nə qədər olması ilə bağlı sorğu keçirib. Ümid Partiyasının sədri İqbal Ağazadə“Report”a bildirib ki, aylıq gəliri Milli Məclisdəki fəaliyyəti iləəlaqədardır: “Aylıq gəlirim 2 min manata qədərdir. Təbii ki, bu daparlamentdəki fəaliyyətimlə bağlıdır”. Müsavat Partiyasının başqanı Arif Hacılı“Report”a açıqlamasında aylıq gəlirinin olmadığını qeyd edib: “Stabilaylıq gəlirim yoxdur, ona görə də dəqiq məlumat vermək imkanına malikdeyiləm”. “AXCP sədri Əli Kərimlinin aylıqgəliri yoxdur”. Bunu “Report”a partiya sədrinin müavini Fuad Qəhrəmanlıdeyib. O bildirib ki, AXCP üzvləri və rəhbərliyi könüllülük prinsipiəsasında fəaliyyət göstərir.Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn hər hansı yerdən gəlir əldə etmədiyini bildirib. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun sözlərinə görə, aylıq gəlirinin məbləği sıfırdır. O, heç bir mənbədən gəlir əldə etmədiyini söyləyib.Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev“Report”a deyib ki, aylıq gəliri Azərbaycan Tibb Universitetindən (ATU)aldığı əmək haqqıdır: “Müəllim işləyirəm, 200 manat əmək haqqı alıram.Bundan başqa qardaşlarımın biznesi var, onlar mənə köməklikgöstərirlər”. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da aylıq gəlirinin olmadığını bildirib. Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxanciddi maliyyə mənbəyinin olmadığını vurğulayıb. O bildirib ki, aylıqgəliri cüzi miqdardadır, bu isə hüquqşünaslıq fəaliyyəti ilə bağlıdır:“Gəlirim o qədər azdır ki, onu açıqlamaq belə istəmirəm”.Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafada aylıq gəlirinin miqdarını açıqlayıb: “Milli Məclisin deputatıyam,buna görə də 1800 manat əmək haqqı alıram. Bir də, yaradıcı fəaliyyətləməşğulam, yəni, kitabların satışından gəlir əldə edirəm. Amma partiyadanhər hansı gəlirim yoxdur”. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə isə aylıq gəlirinin miqdarını açıqlamaq istəməyib.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol