• $
  • €
  • ₽
  • ₺
  • £

“Biz girovları geri qaytaracağıq” - Elmar Məmmədyarov

“Biz girovları geri qaytaracağıq” - Elmar Məmmədyarov
05.11.2014 20:45
“Rusiyadan olan həmsədrlə danışarkən o mənə söz verdi ki, bu məsələni onlar izləyəcək və məşğul olacaqlar”. XİN-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, bunu bu gün Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə naziri Deyvid Lidinqtonla birgə keçirdiyi mətbuat konfransında deyib.Nazir Ermənistanın müdafiə naziri S.Ohanyanın əsirlər barədə səsləndirdiyi fikirlərə münasibət bildirib. O, Kəlbəcərdə əsir düşən azərbaycanlıların vəziyyəti və qanunsuz məhkəmə məsələsi haqqında da danışıb:“Bu məsələ bizim diqqətimizdədir. Parisdə olarkən həmsədrlər qarşısında bir daha bu məsələni qaldırdıq. Həmsədrlər Bakıda olarkən, cənab Prezident özü də bu məsələni qaldırmışdı. Həmsədrlər Yerevanda olarkən, öz növbələrində bu məsələyə toxunmuşdular. Rusiyadan olan həmsədrlə danışarkən o mənə söz verdi ki, bu məsələni onlar izləyəcək və məşğul olacaqlar”.Elmar Məmmədyarov prosesin sadəcə bir qədər vaxt apardığını vurğulayıb:“Əminliklə deyə bilərəm ki, Xarici İşlər Nazirliyi olaraq, Azərbaycan tərəfi bu məsələni diqqətlə izləyir. Bu məsələni belə boş buraxmayacağıq. Həmsədrlər ilk növbədə məsələ ilə məşğul olmalıdırlar və onlar bununla məşğul olurlar. Bu bir az vaxt tələb edəcək. Amma mən inanıram ki, biz onları geri qaytaracağıq. Buna mənim şübhəm yoxdur. Məhkəmənin qanunsuz olduğunu siz özünüz də dediniz”.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol