• $
  • €
  • ₽
  • ₺
  • £

Poroşenko Azərbaycana gələcək

Poroşenko Azərbaycana gələcək
05.11.2014 14:34
“Ukraynanın yeni hökuməti və İqtisadi əməkdaşlıq məsələləri üzrə Ukrayna-Azərbaycan Hökumətlərarası Komissiyasının Ukrayna tərəfdən həmsədri müəyyənləşəndən sonra rəsmi Bakı ilə bir sıra müştərək layihələrin müzakirəsi gözlənilir”. ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko deyib. “Azərbaycanla dostluq əlaqələrimiz həmişə olub. Müştərək komissiya çərçivəsində qarşılıqlı səfərlər olub və olacaq. Azərbaycan prezidenti İlham Əliyev ötən il Ukraynaya  səfər etmişdi . Bu il də Ukrayna prezidentinin Azərbaycana səfəri gözlənilir. Lakin səfərin dəqiq vaxtı hələlik məlum deyil. Bununla bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparılmalıdır. Azərbaycan hökuməti ilə bir çox sahədə əməkdaşlıq etmək niyyətimiz var, Azərbaycanın da bu əməkdaşlıqda maraqlı olduğuna inanırıq”.Bir müddət əvvəl Azərbaycanın baş nazirinin müavini, Qaçqınların və məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qəbulunda olduğunu deyən səfir bildirib ki, görüşdə Krım və Donbasdan olan məcburi köçkünlərin yerləşdirilməsi üçün Azərbaycanın təcrübəsi ilə maraqlanıb: “Əli Həsənov dedi ki, bununla bağlı Ukrayna nümayəndələrini qəbul etməyə, kömək etməyə hazırdır”.Səfir Ukraynanın şərqində keçirilən qondarma seçkilərlə bağlı bir sıra ölkələrə, o cümlədən Azərbaycana müraciət etdiklərini də xatırladaraq “Hazırda Azərbaycan hökumətinin bununla bağlı reaksiyasını, açıqlaması gözləyirik. İnanırıq ki, Azərbaycan bununla bağlı mövqeyini ortaya qoyacaq”, - deyə bildirib.A. Mişşenko Ukraynanın münaqişə baş verən ərazisində Azərbaycan vətəndaşlarının girov götürülməsi və itkin düşməsi barədə onlara hər hansı müraciət olmadığını da qeyd edib: “Ukraynanın şərqində Azərbaycan vətəndaşlarının təhlükə altında olub-olmadığını araşdırmağa hazırıq. Bizim nəzarətimiz altında olmayan bölgələr var, amma yenə də araşdıra, kömək edə bilərik. Kiyevə sorğu göndərib, məsələni araşdırmağa çalışacağıq”. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol