• $
  • €
  • ₽
  • ₺
  • £

İsveçdə deputat seçilən azərbaycanlılar

İsveçdə deputat seçilən azərbaycanlılar
22.09.2018 11:23
Bu il İsveçdə keçirilən parlament seçkilərində bir neçə azərbaycanlı deputat mandatı qazanıb. Onlar yaşadıqları ərazini təmsil etmək üçün seçkilərə qatılıb və uğurlu nəticələr əldə ediblər.

AzVision.az xəbər verir ki, azərbaycanlı xanım siyasətçi Aylin Fazelian "Sosial-demokrat "partiyasından İsveç parlamentinə, onun bacısı Ayda Kərimli isə "Mərkəz” partiyasından əyalət millət vəkili seçilib.

Hazırda 26 yaşı olan Aylin 14 yaşından Sosial-Demokrat Partiyasının fəal üzvüdür. O, 22 yaşında əyalət parlamentinin üzvü seçilib. 4 il ərzində partiyanın Qadınlar Təşkilatının idarə heyətinin ən gənc üzvü olub. Bundan əlavə, partiyanın qadınlar üzrə beynəlxalq təmsilçisidir. Aylin Fazelian 11 bələdiyyə tərəfindən seçki vərəqəsində ikinci namizəd olub.

İsveçdə yaşayan həmyerlimiz Turan Əliyev isə "Mərkəz” Partiyasından Partille bələdiyyə məclisinə üzv seçilib. Turan Əliyev bir ildir partiyada fəaliyyət göstərir. Hazırda bələdiyyədə partiyanın idarə heyətinin üzvüdür. Seçkilərdə yüksək səs çoxluğu ilə seçildiyi üçün bələdiyyədə və İsveçin ən böyük əyalətində komissiya və idarələrdə partiyanı təmsil edəcək. Qürurverici məqam odur ki, partiyanın 12 nəfərlik namizədlərindən yalnız Turan Əliyev bir əcnəbi kimi seçkilərə gedib.

T.Əliyev 1983-cü ildə Naxçıvanda ziyali ailəsində anadan olub. Anası və atası müəllimdir. Naxçıvan Dövlət Universitetinin Yol hərəkətinin təşkili və istismarı fakültəsini bitirib. Ali təhsilini bitirdikdən sonra səhhəti ilə əlaqədar İsveçə gedib. Artıq 14 ilə yaxındır ki, İsveçdə yaşayır. 2012-ci ildə ailə həyatı qurub. İki övladı var. Həyat yoldaşı azərbaycanlıdır və bələdiyədə həftədə bir dəfə Azərbaycan dili dərsi deyir.

İsveç Sosial-Demokratlar Partiyasının fəalı İradə Əliyeva isə Söderberq Jönköpinq region parlamentinə millət vəkili seçilib. İ.Əliyeva 2004-cü ildən İsveçdə yaşayır. 2007-ci ildən İsveçin ən böyük partiyası olan Sosial- Demokratlar Partiyasının fəal üzvüdür. 2010-cu ildə seçkilərdə Jönköpinqs landsting (əyalət) parlamentinə namizədliyini verib və həmin əyalət parlamentinə seçilib. Bundan başqa 2010-2014-cü illərdə Jönköpinq bələdiyyəsinin Təhsil və İş Bazarı Komissiyasının üzvü, Sosial- Demokrat Qadınlar Cəmiyyətinin idarə heyətinin üzvüdür.

Əliyeva əslən Ağdamın Mərzili kəndindəndir. İki övladı var. Qızının 20, oğlunun 13 yaşı var. Qızı da siyasətlə maraqlanır və bu ilki seçkilərdə fəal iştirakçılardan biri olub. Azərbaycan Neft və Kimya İnstitunun muhəndis- igtisad fakültəsini bitirib. Bakıda yaşadığı müddətdə müxtəlif vəzifələrdə çalışıb.

Azərbaycanlı gənc Vüsal Quliyev İsveçdə keçirilən parlament seçkilərində qələbə qazanıb. 20 yaşlı V.Quliyev Haninge əyalət parlamentinə millət vəkili seçilib. O, təmsil etdiyi siyasi partiyanın ən gənc deputatıdır. Aktiv siyasi fəaliyyətə qoşulan V.Quliyev hazırda tələbədir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol