• $
  • €
  • ₽
  • ₺
  • £

Oqtay Əsədovdan erməni deputata cavab

Oqtay Əsədovdan erməni deputata cavab
10.10.2018 16:30
Milli Məclisin spikeri Oqtay Əsədov Avrasiya ölkələri parlament sədrlərinin Antalya şəhərində keçirilən üçüncü görüşünün plenar iclasında çıxış edən Ermənistan parlamenti sədrinin müavini Eduard Şarmazanovun uydurma "erməni soyqırımı” və Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətə uyğun olmayan fikirlərinə münasibət bildirib. 

"Qafqazinfo”ya daxil  olan məlumata görə, elə həmin iclasda çıxış edən spiker O. Əsədov qeyd edib ki,  Ermənistan nümayəndəsinin mötəbər tədbiri çaşdırmaq üçün söylədiyi fikirlər onu yenidən çıxış etməyə vadar edib: "Əslində bizim bugünkü toplantı bölgədə sülhü, dialoqu və inkişafı təşviq etmək məqsədi daşıyır. Məlum olduğu kimi, Dağlıq Qarabağ xalqı deyilən bir xalq yoxdur. Dağlıq Qarabağda Azərbaycan və erməni icmaları yaşayıblar. Bildiyiniz kimi, Dağlıq Qarabağın Azərbaycan əhalisi etnik təmizləmə nəticəsində öz doğma torpaqlarından didərgin düşüb. 

Ermənistan nümayəndəsinin hazırda orada yaşayan Qarabağ ermənilərinə öz müqəddəratlarını təyinetmə hüququnun verilməsi ilə bağlı fikri tam yanlış və hüquqaziddir. O zaman belə bir maraqlı fikir meydana gəlir: Deməli, ermənilər harada toplum şəklində yaşayırlarsa, orada onlara öz müqəddəratlarını təyinetmə hüququ verilməlidir? 

Ermənistan nümayəndəsinin çıxışında bu görüşə ev sahibliyi edən Türkiyənin adını çəkməməsi onun siyasi mədəniyyətinin səviyyəsini göstərir. Türkiyəni daim qondarma "erməni soyqırımı” törətməkdə günahlandıran Ermənistan özü XX əsrin sonunda Azərbaycanın Xocalı şəhərində soyqırımı törədib. Bir çox ölkələr, o cümlədən ABŞ-ın 18 ştatı Xocalı soyqırımı ilə bağlı qətnamələr qəbul edib. 

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, beynəlxalq təşkilatlar, BMT, Avropa Şurası, Avropa Parlamenti Ermənistanı işğalçı ölkə kimi tanıyır. Ermənistandan başqa, bütün dünya dövlətləri Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanıyır. Bu da onu sübut edir ki, münaqişə tərəfi Dağlıq Qarabağ yox, məhz Ermənistandır”.

O. Əsədovun çıxışından sonra Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım da  sözügedən məsələyə münasibət bildirib: ”Dünyada sülhə və sabitliyə dəyər verən bu toplantımızda həqiqəti sarsıdan fikirləri qəbul etməyimiz mümkün deyil. Ermənistan həqiqətən də Türkiyə ilə əlaqələrini istəyirsə, o, saxta "erməni soyqırımı” iddiasından əl çəkməli, tarixi hadisələri tarixçilərin araşdırmasına buraxmalıdır. Parlament sədri Oqtay Əsədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı ətraflı bəhs etdi. Ermənistan bu mövqeyi ilə əslində özü-özünü təcrid vəziyyətinə salıb. Ermənistan anlamalıdır ki, qonşuları ilə əlaqələri normallaşdırmalı, Cənubi Qafqazda sülh, sabitlik və rifah yolu tutmalıdır. Yalnız belə olarsa mövcud problemlər aradan qalxa bilər”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol