• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Ukraynaya müraciət etdi

Azərbaycan Ukraynaya müraciət etdi
29.05.2020 05:10

Azərbaycanın Ukraynadakı səfirliyi Beynəlxalq Qızıl Xaç Komitəsinin Kiyevdəki nümayəndəliyinə və bu ölkənin Xarici İşlər Nazirliyinə itkin düşən azərbaycanlılarla bağlı müraciət edib.

Bu barədə APA-ya Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov məlumat verib. O bildirib ki, ötən həftə sonu edilən müraciət iyul ayından itkin düşən Azərbaycan diasporunun iki üzvü - iş adamları Cahangir Əliyev və İkram Ədilovla bağlıdır: “Biz müraciətdə bu iki tanınmış şəxsin tezliklə tapılmasını istəmişik”. İ.Ədilovun əmisi oğlu Rasim Ədilov isə APA-ya bildirib ki, ailələrinə itkin düşənlərin Ukrayna Milli Qvardiyası tərəfindən tapıldığı və hazırda onların nəzarətində olduqları bildirilsə də, hələlik əlaqə yarada bilmirlər. O, azərbaycanlı iş adamlarının hazırda Luqansk vilayəti ərazisində olduğunu təxmin etdiklərini söyləyib. Qeyd edək ki, hər iki iş adamı iyulun 30-da biznesləri ilə əlaqədar Ukraynanın Rusiya ilə həmsərhəd Krasnodon şəhərinə gediblər və həmin ərazi bombalandıqdan sonra onlarla əlaqə itib. Ukrayna vətəndaşları olan 1964-cü il təvəllüdlü Cahangir Əliyev Azərbaycanın Astara, 1974-cü il təvəllüdlü İkram Ədilov isə Tərtər rayonundandır.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol