• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərdən şəhid təxribatı - Azərbaycana qarşı

Ermənilərdən şəhid təxribatı - Azərbaycana qarşı
30.10.2014 15:36

Dünən saat 22:20 radələrində azərbaycanlı çavuşun erməni hərbçiləri tərəfindən öldürülməsi ilə bağlı Ermənistan mətbuatının yaydığı xəbərə Azərbaycan Müdafiə Nazirliyi reaksiya verib.

Nazirlik “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Ermənistanın hərbi-siyasi rejiminin Azərbaycana qarşı daim iftira və yalan xəbərləri üzrə ixtisaslaşan voskanapat.info saytı və onun rəhbəri yalnız bu kimi xəbərlər yaymaqla gündəmdə qalmaq, ordumuza qarşı qara piar kampaniyasını davam etdiməklə məşğuldurlar:“Rəsmi olaraq bildiririk ki, bu kimi məlumatın heç bir əsası yoxdur və düşmən tərəfindən dövriyyəyə buraxılan bu informasiya təxribat məqsədi daşıyır. Xüsusi olaraq qeyd edirik ki, nazirliyin tabeliyində olan hərbi hissələrdə bu ad və soyadda, ümumiyyətlə, heç bir hərbi qulluqçu xidmət etməyib və hazırda da xidmət etmir.Müdafiə Nazirliyi cəbhədə düşmən tərəfindən törədilən hər bir təxribat hadisəsi barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə rəsmi internet səhifəsi vasitəsilə gündəlik xəbərlər verir.Bir daha bildiririk ki, cari ilin iyul-avqust ayları ərzində ölü və yaralı olaraq 70-dək itki verən erməni tərəfi Silahlı Qüvvələrimizin onlara vurduğu sarsıdıcı zərbədən hələ də özlərinə gələ bilməyərək itkilərini gizlətməkdə davam edir və davamlı olaraq bu tip provokasiyalara əl atırlar”.Qeyd edək ki, voskanapat.info saytının yaydığı məlumata görə, Məsimov Çingiz adlı snayperçimiz dünən saat 22:20 radələrində erməni hərbçiləri tərəfindən açılan atəş nəticəsində öldürülüb.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol