• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident BMT nümayəndələrini qəbul edib

Prezident BMT nümayəndələrini qəbul edib
29.10.2014 17:11
 Azərbaycan prezidenti İlham Əliyev BMT-nin ictimai məlumat şöbəsinin rəhbəri Maher Nasser, BMT baş katibinin gənclər üzrə elçisi Ahmad Rafi Mohamad Alhendavi, Avropa Şurasının demokratiya üzrə baş direktoru Snejana Samardjiç-Markoviç və UNESCO baş direktorunun köməkçisi Lalla Aişa Ben Barkanı qəbul edib. APA-nın məlumatına görə, M. Nasser Gənclər siyasəti üzrə birinci qlobal forumun yüksək səviyyədə təşkilinə görə dövlət başçısına minnətdarlığını bildirib, Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. O, BMT-nin baş katibi Pan Gi Munun tədbirə böyük maraq göstərdiyini vurğulayıb və onun forum iştirakçılarına videomüraciətinin önəmini qeyd edib. M. Nasser Gənclər siyasəti üzrə birinci qlobal forumun ilk dəfə Bakıda keçirilməsinin gənclər siyasəti sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından çox önəmli olduğunu deyib. A. Alhendavi isə tədbirin BMT-nin gənclər siyasəti üzrə ilk qlobal forumu olmasının önəmini vurğulayıb. O, forumun bu günədək bu sahədə ən çox ölkə və nümayəndənin bir araya gəldiyi tədbir olduğunu qeyd edib. A. Alhendavi forumun yüksək səviyyədə keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib. Öz növbəsində prezident İlham Əliyev Gənclər siyasəti üzrə birinci qlobal forumun Azərbaycanda keçirilməsinin əhəmiyyətini qeyd edib. Pan Gi Munun foruma ünvanladığı videomüraciətini tədbirə beynəlxalq səviyyədə verilən önəmin ifadəsi kimi dəyərləndirən dövlət başçısı Azərbaycanın artıq çox nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrildiyini, bunun ölkələr və xalqlar arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət etdiyini vurğulayıb.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol