• $
  • €
  • ₽
  • ₺
  • £

Polad Bülbüloğlu Şura sədri oldu

Polad Bülbüloğlu Şura sədri oldu
28.10.2014 12:41
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu MDB humanitar əməkdaşlıq Şurasının sədri seçilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə qərar MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) mənzil qərargahında keçirilən MDB humanitar əməkdaşlıq Şurasının iclasında verilib. İclasda Şuranın digər sədri isə Ermənistan prezident aparatının sədri Viqen Sarqsyan seçilib.  MDB humanitar əməkdaşlıq Şurasının iclasında çıxış edən DHƏF idarə heyətinin həmsədri Mixail Şvıdkoy bildirib ki, humanitar əməkdaşlıq MDB məkanında prioritet istiqamətlərdən biri olub və olacaq: "Bu 2014-cü ilin oktyabrında MDB dövlət başçılarının Minskdə keçirilən görüşündə də təsdiqlənib". Qeyd edək ki, MDB ölkələri Humanitar Əməkdaşlıq Şurası 2006-cı ildə yaradılıb. Şuranın tərkibinə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və Ukraynanın nümayəndələri daxildir. Şura Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu ilə sıx əlaqadə fəaliyyət göstərir. DHƏF də 2006-cı ildə yaradılıb. Onun tərkibinə ilkin olaraq Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxil olub. 2008-ci ildən isə Fondun yaradılması haqqında müqaviləyə Azərbaycan da qoşulub. 2014-cü ildən Moldova da DHƏF-də təmsil olunur. Fondun əsas məqsədi mədəniyyət, təhsil, elm, arxiv içi, kütləvi kommunikasiya, idman, turizm, ekologiya və gənclərlə işdən ibarətdir.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol