• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentlər arasında ilk Razılıq

Prezidentlər arasında ilk Razılıq
28.10.2014 11:32

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Parisdə Fransa Prezidenti Fransua Olland ilə üçtərəfli görüşdə Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında Dağlıq Qarabağda müharibə zamanı itkin düşən şəxslər haqqında məlumatların mübadiləsi haqqında razılığa gəliblər. 

Trend xəbər verir ki, bu barədə Yelisey sarayının saytı məlumat yayıb. Məlumatda deyilir: "Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycan və Ermənistan arasında vasitəçiliyə başlayıb. Fransua Olland Azərbaycan və Ermənistan prezidentlərini birbaşa dialoqa cəlb etməyə nail olub".

Xatırladılır ki, may ayında Olland Cənubi Qafqaza səfəri zamanı ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın atəşkəs rejiminin qüvvəyə minməsindən iyirmi il sonra bu münaqişənin sülh yolu ilə həllinin axtarışı üçün vasitəçiliyini davam etdirməyə sadiqliyini təsdiqləyib. Olland iki tərəf arasında qoşunların təmas xəttində gərginliyin səmərəli şəkildə azaldılmasının vacibliyini qeyd edib.

Məlumatda bildirilir ki, Olland Azərbaycan və Ermənistan prezidentlərini beynəlxalq hüquq prinsiplərinə və Minsk qrupunun həmsədrləri tərəfindən müəyyən edilmiş prinsiplərə uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin davamlı şəkildə nizamlanması üzrə danışıqlarda öz səylərini artırmağa çağırıb. Prezident, həmçinin status-kvonun yolverilməz olduğunu da vurğulayıb.

O, Azərbaycan və Ermənistan prezidentlərini fikirayrılıqlarının aradan qaldırılması və öz əhalisini sülhə hazırlamaq üçün vacib olan siyasi iradə nümayiş etdirməyə çağırıb.

Sayt xəbər verir ki, münaqişəni “ölü nöqtə”dən tərpətmək üçün Olland hərtərəfli sülh sazişinin hazırlanmasına başlamağı təklif edib.

Məlumatda deyilir ki, görüşdə Azərbaycan və Ermənistan prezidentləri 2015-ci ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

Məlumata görə, naharda Prezident Olland və qonaqlar Qafqaz regionunun inkişafı və onun Fransa ilə münasibətlərini müzakirə ediblər.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol