• $
  • €
  • ₽
  • ₺
  • £

“Müxalifətçilərin toyuna getmişəm” – Siyavuş Novruzov

“Müxalifətçilərin toyuna getmişəm” – Siyavuş Novruzov
27.10.2014 18:18
Bir müddət öncə müsavatçı sabiq deputat İkram İsrafilin oğlunun toyunda YAP-çı deputat Aydın Mirzəzadənin iştirakı etirazla qarşılanmışdı. Bu etirazı müsavatçıların bir qismi və AXCP funksionerləri sərgiləmişdi. YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov A.Mirzəzadənin həmin toyda iştirakının onların partiyasında necə qarşılandığını açıqlayıb: “Hər kəs azad insandır, ayrı-ayrı insanlarla da münasibətləri sərbəst olur. Xeyir-şər işlərinin siyasi məsələlərə aidiyyatı yoxdur. Yoldaşlıq, dostluq, qonşuluq münasibətləri varsa, bu kimi proseslərdə iştirak etmək normaldır. Hansısa partiyanın buna münasibəti və qiymət verməsi yersizdir. Kifayət qədər adamlar var ki, ayrı-ayrı siyasi partiyalarda təmsil olunurlar, ancaq adət-ənənələrə uyğun da bir yerdə hərəkət edirlər. Bu baxımdan, belə məsələlər şəxsin öz istəyindən asılıdır. Aydın Mirzəzadəyə də partiyada buna görə heç bir söz deyilmədi. Bu, onun şəxsi işidir. Müsavat Partiyası, yaxud AXCP haqda fikir deməyib ki, onunla bağlı qərar verilsin. Bu, siyasi yox, şəxsi fəaliyyətdir”. S.Novruzov deyib ki, vaxtilə özü də müxalifətçi toyunda iştirak edib: “Qarşı tərəfin reaksiyası sadəcə araqarışdırmaqdan başqa bir şey deyil. Bir tərəfdən dialoq haqda fikir bildirirlər, digər tərəfdən ayrı-ayrı iki partiya nümayəndəsinin bir-biri ilə şəxsi münasibətlərini gətirib bu müstəviyə çıxarırlar. Bu da göstərir ki, onların daxilində səmimiyyət yoxdur. Əgər mənim hansısa müxalifətçi ilə əlaqəm varsa, məni dəvət edəndə gedərəm. Bu gün də müxalifətdə olan partiya rəhbərləri uşaqlarına toy edəndə dəvət ediblər, iştirak etmişəm. Ayrı-ayrı müxalif partiya rəhbərləri də bizim partiyadan olan deputatların xeyir işlərində iştirak ediblər”. Siyavuş Novruzov "uşaqlarınızın toyuna müxalifətçiləri dəvət edərsimi?" sualını da cavablandırıb: “Mənim uşaqlarım balacadır. Toy eləmək hələ qarşıdadır. Müxalifətdən kimisə dəvət edib-etməyəcəyimə zamanı gələndə baxarıq”.//Qafqazinfo
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol