• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdan Fransa prezidentinə müraciət

Bakıdan Fransa prezidentinə müraciət
27.10.2014 09:49
QHT Şurası nəzdində Media İşçi Qrupu Fransa prezidenti Fransua Ollanda müraciət edib. “Qafqazinfo” xəbər verir ki, müraciətdə bildirilir ki, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın rəhbəri Serj Sarkisyan Fransada görüşəcəklər. Fransanın təşəbbüsü ilə baş tutacaq görüşdə Qarabağ danışıqları olacaq. Görüş ərəfəsində Ermənistan işğal etdiyi Azərbaycan ərazisi olan Kəlbəcərdə girov götürdüyü iki azərbaycanlını mühakimə edəcək. Kəlbəcərə öz ata-baba qəbirlərini ziyarətə gedən Dilqəm Əsgərov və Dilqəm Quliyev Ermənistan tərəfindən girov götürülüblər. Heç bir hüquqi normaya uyğun gəlməyən bu addımla Ermənistan danışıqlarda müəyyən dividend əldə etmək istəyir. Bu gün QHT Şurası nəzdində fəaliyyət göstərən Media İşçi Qrupu məsələ ilə bağlı toplantı keçirib və Fransa prezidenti Fransua Ollanda müraciət ünvanlayıblar. Azərbaycanlı jurnalistlərin Fransa prezidentinə müraciətini olduğu kimi təqdim edirik.“Hörmətli cənab Prezident! Sizin Fransa prezidenti kimi öz ölkənizdə və Avropa Birliyində, həmçinin dünya miqyasında göstərdiyiniz fəaliyyət çox əhəmiyyətlidir. Xüsusilə, humanizm, insan hüquqlarının müdafiəsi kontekstindəki işləriniz bu gün bizdə, Sizə bu müraciəti etmək zərurətini yaradıb. Nəzərinizə çatdırırıq ki, 2014-cü ilin iyul ayında Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş bölgəsinə - öz doğma torpaqlarına səfər etmiş Dilqəm Əsgərov və Şahbaz Quliyev qanunsuz olaraq Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən girov götürülmüş və insan hüquqlarına sığmayan zorakılığa məruz qalmışlar. Öz evlərinə, kəndlərinə gedən insanlar haqqında cinayət işi açılmış və onlar hələ də girovluqda saxlanılmaqdadır. Hörmətli cənab Prezident, Sizin təşəbbüsünüzlə oktyabrın 27-də keçiriləcək Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə uğurlu nəticələrin əldə ediləcəyinə ümidvarıq. Eyni zamanda, bu görüş ərəfəsində haqqında bəhs etdiyimiz girovların taleyi ilə maraqlanmağınızı, onların azadlığa buraxılaraq ailələrinə qovuşması üçün həm Fransa prezidenti, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsinin başçısı kimi Ermənistan rəhbərliyinin mövqeyinə təsir göstərməyinizi Sizdən xahiş edirik”. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol