• $
  • €
  • ₽
  • ₺
  • £

Hacı Allahşükür Paşazadə Abel Məhərrəmovu şantaj edib - Hafiz Hacıyev

Hacı Allahşükür Paşazadə Abel Məhərrəmovu şantaj edib - Hafiz Hacıyev
29.05.2020 04:12
"Mən istəməzdim ki, Abel Məhərrəmovun son aqibəti belə olsun, o, dövlətçiliyə həmişə sadiq olan insandır"

Anews.az xəbər verir ki, bu sözləri moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. H.Hacıyev bildirib ki, Abel Məhərrəmovla bağlı məsələ ciddi araşdırılmalıdır:

"Abel Məhərrəmovun xətrini çox istəyən insanlardan biriyəm, amma universitet rektorunun belə hərəkəti xoşagəlməz haldır. A.Məhərrəmov bu dövlətin qurulması üçün böyük əziyyətlər çəkib. Məndə olan məlumata görə, Hacı Allahşükür Paşazadə onu şantaj edib, bu da düzgün hal deyil. Bu gün hansı məmuru qaldırırsan altından milyardlar çıxır, belə çıxır ki, onlar Azərbaycan dövlətini talan ediblər. Sonra da gedib başqa bir dövlətdə yaşamağa nə var ki. Azərbaycanda ictimaiyyət arasında söz-söhbətlər gəzir ki, guya qərbi azərbaycanlıları sıxışdırmağa başlayıblar. Biz bunun qarşısını almalıyıq, Abel Məhərrəmov və digərləri müvəqqətidir. Bu dövlət bizimdir, biz ölkə başçısının yanında olub, ona kömək etməliyik. Düşünürəm ki, bu məsələ ciddi araşdırılmalıdır. Allahşükür Paşazadənin xaricdə olan oğlunun qaynatası çox böyük biznes imperiyasına malikdir və bunların hamısını düşünmək lazımdır. Ola bilsin ki, onların arasında olan mübahisə bunu belə bir vəziyyətə gətirib çıxarıb. Amma mən xalq arasında qərbi azərbaycanlıların sıxışdırılması xəbərini yayanları qınayıram və başa düşmürəm ki, bunlar niyə bu cür fikirlər səsləndirirlər. Yerindən duran deyir ki, qərbi azərbaycanlıları sürgün edəcəklər.

Mən istəməzdim ki, Abel Məhərrəmovun son aqibəti belə olsun, o, dövlətçiliyə həmişə sadiq olan insandır. Hər yerdə mənə sual verirlər ki, niyə qərbi azərbaycanlıları sıxışdırırlar? Onlara deyirəm ki, bu qərbi azərbaycanlı məsələsi deyil. Düşünürəm ki, burda Hacı Allahşükür Paşazadənin də günahı var. Kim cinayətkardırsa, günahı vardırsa, o, cəzasını alacaqdır. Kimin hardan olmasının fərqi yoxdur. Amma bunu bu həddə gətirib çıxarmaq olmazdı. Çox təəssüflər olsun ki, indiki komandanın əksəriyyəti cinayətkar ünsürlərdir. Hansını araşdırsan görürsən ki, böyük xətalara yol veriblər və düşünürəm ki, onların əksəriyyəti həbs edilməlidir və çox ciddi şəkildə cəzalandırılmalıdır. Bunlar olmasa, özbaşınalıq baş alıb gedəcək".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol