• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvadan Bakıya qarşı "Dağlıq Qarabağ dövləti” təxribatı

Moskvadan Bakıya qarşı "Dağlıq Qarabağ dövləti” təxribatı
25.10.2014 09:53

Kremldən Bakıya qondarma qurumu tanıma hədəsi; Separatçı bölgə sakinləri Rusiyanın rəsmi qurumlarından “Dağlıq Qarabağ dövləti” adına asanca kimlik sənədi – sürücülük vəsiqəsi və s. ala bilirlər; ilginc olayın şok təfərrüatları bu yazıda; Bakı Moskvaya nota təqdim edəcəkmi?.. 

Kremlin Azərbaycana qarşı ən ciddi şantaj vasitələrindən biri və birincisi heç şübhəsiz, SSRİ-nin çöküşü ərəfəsində onun özü tərəfindən məqsədli şəkildə qızışdırılan Dağlıq Qarabağ problemidir. Krımın zorla ilhaqından sonra Rusiya üçün bu problemin əhəmiyyəti ölkəmizi Avrasiya layihələrinə qoşmağa sövq eləmək baxımından xüsusilə artıb. ANN.Az musavat.com-a istinadən araşdırmanı sizə təqdim edir.

Bir ara hətta Rusiyanın eyni ssenarini - “referendum oyunu”nu sözügedən separatçı bölgədə təkrarlamaq niyyətində olduğu barədə informasiyalar yayılmışdı. Ardınca xəbər gəldi ki, Kreml emissarları real hərəkətə keçib və artıq Qarabağ ermənilərinə Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə və Krımdakı kimi Rusiya vətəndaşlığına keçmək təklif etməyə başlayıblar. Bundan ötrü ən müxtəlif şirnikləndirici vədlərin verildiyi də o zaman gələn həmin xəbərlər sırasında idi.         

Bu günlər isə Moskvanın Dağlıq Qarabağ məsələsində satellit ermənilərin “ayağını tapdamadığına” dair şok fakt ortaya çıxıb. Sən demə, Moskvada cəmi 800 dollara “Dağlıq Qarabağ vətəndaşlığı” haqda “pasport” almaq olar. Vesti.az portalının üzə çıxardığı məlumata görə, üstəlik, bunu leqal şəkildə əldə eləmək mümkündür. 

Daha doğrusu, fotodan da göründüyü kimi, Moskvada bütün bu, qeyri-legitim məlumatların əks olunduğu sürücülük vəsiqəsini asanca əldə eləmək olar. Fotoda Arzanqulyan Emil Benyaminoviçin adına verilmiş sürücülük vəsiqəsi əks olunub. Rus və ingilis dillərində olan “sənəd”də doğulduğu ölkə qrafasında “Dağlıq Qarabağ” ifadəsi göstərilib. Belə çıxır, bu adda  müstəqil dövlət varmış və Rusiya da onu çoxdan tanıyırmış.   

Qeyd edək ki, adı çəkilən şəxs heç də mifik yox, real adamdır. O, 27 iyul 1973-cü ildə, keçmiş Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonunda doğulub. Hazırda Moskvada yaşayır və “Ekoqaz” MMC-nin baş direktoru vəzifəsində çalışır. Arzanqulyan üstəgəl, qatı separatçı və anti-Azərbaycançı kimi tanınır, özünün facebook səhifəsində vaxtaşırı azərbaycanlıları təhqir edir. 

Bəli, haqqında danışılan erməni separatçısının yaxşı pulu var. Ancaq bu, əsla əsas vermir ki, Moskvanın Baş Yol Polisi İdarəsinə Arzanqulyana Dağlıq Qarabağın müstəqil dövlət kimi göstərildiyi möhürlü-imzalı sürücülük vəsiqəsi versin. Çünki söhbət artıq siyasidir və beynəlxalq hüquqa gedib dirənir. 

Təbii ki, Arzanqulyan “qanuni yolla” belə qanunsuz sənəd alıbsa, separatçı bölgədən olan digər ermənilərə də bu, nəsib ola bilər. Mümkündür ki, Moskvanın uyğun qurumları rüşvət və ya qeyri-rüşvətin müqabilində Qarabağ ermənilərinə qondarma pasportlar da paylayır. 

Buyurun, bu da sübut: sayt çətinliklə də olsa araşdırıb və Moskva Yol Polisində dəqiqləşdirib ki, Rusiya qanunları yeni sürücülük vəsiqəsinin yalnız pasport və ya onu əvəzləyən hüquqi sənəd əsasında verildiyini nəzərdə tutur. “Onun (Arzanqulyanın - red.) pasportunda doğum yeri kimi Dağlıq Qarabağ göstərilmişdi. Ona görə sürücülük vəsiqəsində də doğum yeri Dağlıq  Qarabağ göstərilib”, - deyə idarənin adının çəkilməsini istəməyən məmuru portala bildirib. Ayrı sözlə, Qarabağ ermənisi Moskvada nəinki qanunsuz sürücülük vəsiqəsi, qanunsuz pasport da ala bilər...

***

Aydındır ki, “yuxarıların” rüsxəti olmadan hansısa Moskva “QAİ”si rüşvət qarşılığında belə, bu miqyaslı siyasi özbaşınalığa getməz. Belə çıxır, Rusiya yeri gələndə Dağlıq Qarabağı de-yure Azərbaycanın tərkib hissəsi saymaya da bilər. Bu, şübhəsiz, Minsk Qrupunun əsas həmsədr ölkəsi olaraq Rusiyanın Azərbaycana qarşı növbəti şantajıdır. Odur ki, məsələyə ilk növbədə Azərbaycan Xarici İşlər Nazirliyi operativ şəkildə müdaxilə edib Rusiyanın müvafiq strukturlarından izahat tələb etməlidir. Gərək varsa, Rusiya tərəfinə nota da təqdim eləmək olar. Əgər Orxan Zeynalov məsələsində etiraz notası verildisə, Qarabağla bağlı niyə də olmasın?

Olayın prezidentlərin Paris görüşü ərəfəsinə təsadüf etməsi də diqqət çəkir. 

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol