• $
  • €
  • ₽
  • ₺
  • £

Xızının icra başçısı kimdir? – AÇIQLAMA

Xızının icra başçısı kimdir? – AÇIQLAMA
29.05.2020 02:50

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun ali təhsilinin olmaması barədə sosial şəbəkələrdə məlumat yayılıb.
 
 A24.az xəbər verir ki, icra başçısının heç bir təhsilə yiyələnmədiyi barədə yayılan məlumatlar isə müzakirə mövzusuna çevrilib.

Belə ki, icra başçısı Xəzər Aslanovun "vikipediya"da və icra hakimiyyətinin rəsmi saytında haqqında yazılan məlumatlara baxış keçirərkən onun təhsili barədə heç bir informasiyanın yerləşdirilmədiyi məlum olub. Bundan sonra başçının təhsilsiz olması barədə iddialar daha geniş yayılmağa başlayıb.

Məsələ ilə bağlı Xızı Rayon İcra Hakimiyyətinin başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Əzizov açıqlamasında bildirib ki, X.Aslanovun təhsilsiz olması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Ali təhsilsiz, nəinki icra başçısı, hətta icra nümayəndəsi də təyin etmək mümkün deyil. X.Aslanov Kənd Təsərrüfatı Akademiyasının (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) politologiya ixtisasını bitirib. Neçənci illərdə tələbə olduğunu bilmirəm. Sıradan bir icra nümayəndəsi və digər vəzifəli şəxsin ali təhsilinin olması vacibdirsə, icra başçısının ali təhsilli olmasının vacibliyinə söz ola bilməz. Bunu bilməyə cüzi dünyagörüşü lazımdır".

A.Əzizov icra başçısının tərcümeyi-halının yenilənmiş formada tezliklə "vikipediya"da və qurumun saytında yerləşdiriləcəyini də qeyd edib.

Qeyd edək ki, "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin ikinci müddəasına əsasən, yerli icra hakimiyyətinin başçısı təyin edilən şəxsin ali təhsilli olması zəruridir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol