• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial şəbəkələrdə Kəlbəcər girovlarına azadlıq tələbi

Sosial şəbəkələrdə Kəlbəcər girovlarına azadlıq tələbi
22.10.2014 20:46
Azərbaycanda sosial şəbəkələrdə 5 dildə - Azərbaycan, ingilis, rus, fransız, o cümlədən erməni dilində “Girovlarımızı azad et” kampaniyası başlayıb.Oxu.Az xəbər verir ki, virtual kampaniya dünyanın və BMT-nin tanıdığı sərhədlər daxilində öz ölkəsində bir yerdən başqa yerə hərəkət etdiyi üçün Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən qanunsuz saxlanılan azərbaycanlı mülki şəxslər - Dilqəm Əsgərov və Şahbaz Quliyevin dərhal və qeyri-şərtsiz azad edilməsi tələbi ilə təşkil olunub.Virtual kampaniyada insan hüquqları ilə məşğul olan beynəlxalq təşkilatlardan nə üçün Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılarla bağlı heç bir münasibət bildirmədikləri, onların azad edilməsi ilə bağlı Ermənistana çağırışlar etmədikləri və bu istiqamətdə fəaliyyət göstərmədikləri soruşulur.Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılmasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) passiv fəaliyyəti və azərbaycanlı girovların beynəlxalq hüquq normalarına zidd olaraq 27 oktyabr 2014-cü ildə Xankəndində separatçı rejim tərəfindən “məhkəmə”sinin keçirilməsinə haqq qazandıran bəyanatlarla çıxış etməsi sərt tənqid olunur.Beynəlxalq Qızıl Xaç Komitəsindən, ATƏT-in Minsk qrupunun həmsədrlərindən mandatlarına uyğun açıqlamalar vermələri və fəaliyyət göstərmələri tələb edilir.Ermənistan sosial şəbəkə istifadəçilərinin də geniş müzakirəsinə səbəb olan “Girovlarımızı azad et” virtual kampaniyası Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində Azərbaycan dövlətinin apardığı gərgin fəaliyyətə dəstək məqsədi daşıyır.Virtual aksiyaya qoşulanlar “Bu kampaniya azərbaycanlı girovların taleyindən narahat olmalı olan hər bir beynəlxalq təşkilatı narahat etmək üçündür” sözlərini yazıblar və sosial şəbəkə istifadəçilərini bu məsələdə susmamağa çağırıblar.Kampaniya bu ünvanlarda aparılır:https://www.facebook.com/events/303922283130654/#GirovlarimiziAzadEt#SaveAzeHostages#SauverLesOtagesAze#CпасемAzeЗаложников#ՓրկենքադրգերիներինANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol