• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyana ağır zərbə: Ermənistan tarixində ilk dəfə...

Paşinyana ağır zərbə: Ermənistan tarixində ilk dəfə...
10.12.2018 15:12
Dünən Ermənistanda Nikol Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım” blokunun qələbəsi ilə başa çatan parlament seçkiləri ən az seçici fəallığı ilə bu ölkənin tarixinə düşüb.

Seçkilərə erməni seçicilərin 50 faizindən azı qatılıb.

"İravunk” qəzeti yazır ki, seçkilərə cəmi 48,63 faiz seçici qatılıb: "Bu, Ermənistanın seçki tarixində ən aşağı göstəricidir. "Məxməri inqilab”dan sonra Nikol Paşinyana ciddi zərbə aldı. Çünki ən azı seçicilərin yarısı onun parlamentini dəstəkləmir. Bu o deməkdir ki, yeni hakimiyyətin tənqidləri çox olacaq. Paşinyan "məxməri inqilab”ın nəticələrini bərkitmək üçün müxtəlif yollara əl ata bilər. Dünən günorta 14:00-a olan seçici fəallığının göstəricisi isə kədərli idi: 24,53 faiz. Paşinyan xahiş etdi ki, "hava tutqundur, lakin evdə qalmayın, gedin səs verin”. Lakin seçicilərin yarısından çoxu bu çağırışa səs vermədi və onların evdə qalmasına səbəb heç də tutqun hava deyildi”.

Qəzet qeyd edir ki, heç bir rayon və şəhərdə seçici fəallığı 50 faizi keçmədi.

"Gümrüdə cəmi 39,22 faiz, Vanadzorda 46,66 faiz seçici seçkiyə gəldi. İrəvanın da heç bir rayonunda seçicilərin 50 faizdən çoxu seçki məntəqələrinə gəlmədi. Hərçənd, "Mənim addımım” bloku 550 min dollarlıq seçki kampaniyası keçirmişdi. Bütün bunlar "məxməri inqilab”ın ümumxalq istəyi olmadığını sübut etdi”, - deyə qəzet yazır.

Respublika Partiyasının sədr müavini Armen Aşotyan Feysbuk səhifəsində bildirdi ki, "seçicilərin laqeydliyi və xalqın məyusluğu Nikol Paşinyanın şıltaqlığının nəticəsi idi”.

publika.az

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol