• $
  • €
  • ₽
  • ₺
  • £

Girov götürülən azərbaycanlıların məhkəməyə çıxarılmalarına münasibət

Girov götürülən azərbaycanlıların məhkəməyə çıxarılmalarına münasibət
22.10.2014 12:07
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılarla bağlı sorğunu cavablandırıb.Qurumun Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, BQXK Dağlıq Qarabağda saxlanılan azərbaycanlılarla bağlı keçiriləcək məhkəmə prosesi barədə məlumatlıdır: “Beynəlxalq Qızıl Xaç Komitəsi mütəmadi olaraq həmin şəxslərə baş çəkir və onların ailələri ilə əlaqə saxlamasına şərait yaradır. Beynəlxalq humanitar hüququn bir hissəsi olan Cenevrə konvensiyalarına görə, saxlanılan şəxslərə humanist münasibət və uyğun saxlanma şəraiti olmalıdır. Beynəlxalq humanitar hüquq müdafiə olunan şəxslərin məhkəmə prosesi ilə üzləşməsinin qarşısını almır. Həmçinin beynəlxalq humanitar hüquq hər zaman məhkəmə ilə bağlı hüquqi təminatlara riayət olunmasını tələb edir”. İ. Hüseynova həmçinin qeyd edib ki, məhkəmə prosesi barədə BQXK heç bir şərh vermir: “Beynəlxalq Qızıl Xaç Komitəsi məhkəmə proseduru barədə məlumat mənbəyi deyil”. Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti alınaraq Bakıda dəfn edilib. Erməni mətbuatı Dilqəm Əsgərov və Şahbaz Quliyevin oktyabrın 27-də Xankəndində məhkəmə qarşısına çıxarılacağı barədə məlumat yayıb.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol