• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev fərman imzaladı

İlham Əliyev fərman imzaladı
21.10.2014 09:15
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin yaradılması Konsepsiyası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.APA-nın məlumatına görə, fərmana əsasən, ölkənin geoloji keçmişinin, flora və faunasının, insanın formalaşması və mədəni inkişafı tarixinin, qədim və müasir dövrlərdə ekoloji şəraitin nümayiş etdirilməsinin daha səmərəli təşkili məqsədi ilə dövlət başçısı aşağıdakıları qərara alıb: “Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin yaradılması Konsepsiyası” təsdiq edilsin (əlavə olunur). Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Təbiət Tarixi Muzeyi yaradılsın. Nazirlər Kabinetinə tapşırılıb ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Konsepsiyanı nəzərə almaqla, AMEA nəzdində Təbiət Tarixi Muzeyinin nizamnaməsini və strukturunu Azərbaycan  prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin; Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Konsepsiyaya uyğun olaraq AMEA nəzdində Təbiət Tarixi Muzeyinin fəaliyyətə başlaması üçün Azərbaycan prezidentinə məlumat verməklə AMEA ilə birlikdə zəruri tədbirlər görsün; 2015-ci il və sonrakı illər üzrə AMEA nəzdində Təbiət Tarixi Muzeyinin Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi üçün zəruri tədbirlər görsün; Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. Əmlak Məsələləri Dövlət Komitəsi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə AMEA nəzdində Təbiət Tarixi Muzeyi üçün zəruri yer ayrılmasını dörd ay müddətində təmin etsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyi AMEA ilə birlikdə bu Fərmanın 3.2-ci bəndində göstərilən müddətdə AMEA nəzdində Təbiət Tarixi Muzeyinin zəruri eksponatlarla təchiz edilməsini təmin etsin.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol