• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident Daşkəsəndə yeni avtovağzalın açılışını etdi

Prezident Daşkəsəndə yeni avtovağzalın açılışını etdi
17.10.2014 23:31
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 17-də Daşkəsəndə yeni avtovağzal kompleksinin açılışında iştirak ediblər. APA-nın məlumatına görə, Daşkəsəndə tikilən yeni avtovağzal ən müasir tələblər səviyyəsindədir. Prezident İlham Əliyev avtovağzalın rəmzi açılışını bildirən lenti kəsib. Dövlət başçısına məlumat verilib ki, müasir memarlıq üslubunda inşa olunan avtovağzalın tikinti sahəsi 500 kvadratmetrdir. Ərazisi bir hektara yaxın olan avtovağzal kompleksinin tikintisinə 2013-cü ilin martında başlanılıb və bu ilin oktyabrında başa çatdırılıb. Qeyd olunub ki, binada sərnişinlərin istirahəti üçün lazımi şərait yaradılıb. Avtovağzalın gözləmə salonunda hər cür imkanlar mövcuddur. Burada ana və uşaq otağı da var. Kompleksdə sərnişinlərin əşyalarının saxlanması üçün kameralar yaradılıb. Dispetçer otağı da yüksək səviyyədə xidmət üçün müvafiq şəraitə malikdir. Daşkəsəndə son illər görülən işlər buraya turistlərin axınını sürətləndirib. Yeni avtovağzalın inşası isə rayona gələn turistlərin də rahatlığını təmin edəcək. Dövlət başçısı müvafiq tövsiyə və tapşırıqlarını verib.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol