• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə və İŞİD-in düşmənləri ortaqdır - "Daily Telegraph"

Türkiyə və İŞİD-in düşmənləri ortaqdır - "Daily Telegraph"
17.10.2014 18:00

İngiltərənin "Daily Telegraph" qəzeti Türkiyə prezidenti Ərdoğanın Kobani siyasətini sərt tənqid edib.

ANN.Az saytı DHA-ya istinadən xəbər verir ki, qəzetdə yer alan məqalədə "Türkiyə və İŞİD-in düşmənləri ortaqdır; buna görə də Ərdoğan hərəkətə keçməyəcək" - deyilir.

Məqalənin müəllifi "Daily Telegraph" qəzetinin xarici xəbərlər üzrə redaktoru David Blairdır. O, qəzetin bugünkü sayındakı məqaləsində Suriyanin Türkiyə sərhədindəki və kürdlərin məskunlaşdığı Kobaninin İŞİD yaraqlılarının mühasirəsində olduğunu xatırladır. Məqalədə bu ifadəyə yer verilib ki, əgər Kobaninin başı üzərindəki təhlükə qalxarsa Türkiyə heç cür öyünə bilməyəcək. Bu günə qədər Türkiyənin İŞİD-ə qarşı rəftarı bütün açıqlığı ilə bəlli oldu. Avtoritar baş nazir Tayyib Ərdoğan prezident oldu. O, hətta Amerikanın əsl məqsədinin Suriyadakı neftə sahib olmaq istədiyini söyləyərk qəribə bir iddia ortaya qoydu. Bu vaxt isə İŞİD-ə qarşı müqavimət göstərən Kobani xalqı üçün Türkiyə heç barmağını belə qaldırmadı, baxmayaraq ki, bu şəhərdən minlərlə insan Türkiyəyə sığınıb.D.Blair əlavə edir ki, Türkiyə artıq on illərdir müstəqil kürd dövlətinin ortaya çıxmasına qarşı döyüşür və məqalə müəllifi Ərdoğanın Kobani daxil olmaqla kürdlərə qarşı heç bir borcu olmadığını irəli sürərək Türkiyə hökumətinin Kobaniyə yardım məsələsində susqunluq siyasəti apardığını deyir.Yazar Ərdoğanın Kobaniyə yönəlik siyasətini tənqid edərək belə davam edib: "Eynilə Stalinin Sovet ordusunun irəliləməsini geri çəkərək Nasistlərin 1944-cü ildə Polşa üsyanını əzmələrinə icazə verməsi kimi. Yəni İŞİD Kobanini kürdlərin əlindən alsa, Türkiyə buna heç üzülməyəcək. Həqiqət budur ki, Ərdoğan üç müxtəlif düşmən ilə üz-üzədir: öz ölkəsində və Suriyadakı kürd üsyançılar, İŞİD və Şamdakı Əsəd hakimiyyəti.Hazırda kürd partizanlar və Əsəd İŞİD-ə görə Ərdoğanın gözündə daha aşağı səviyyədədir. Türkiyə və İŞİD ortaq düşmənlərə sahibdir. Buna görə də İŞİD əleyhdarı kampaniya xaricində qalmaq və kürdlərlə və bəlkə də Əsədlə bağlı hadisələri uzaqdan izləmək Türkiyə üçün daha məntiqlidir".ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol