• $
  • €
  • ₽
  • ₺
  • £

Əhməd Davudoğlu: “Türkiyə və Azərbaycan regionun yüksələn iki ölkəsidir”

Əhməd Davudoğlu: “Türkiyə və Azərbaycan regionun yüksələn iki ölkəsidir”
14.10.2014 16:08

“Trans-Anadolu qaz boru kəməri (TANAP) Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olduğunu göstərən əyani nümunədir.

Bir çox ölkələrdə problemlər yaşanarkən, Türkiyə və Azərbaycan regionun yüksələn iki ölkəsidir”.

 

“APA-Economics”in “TRT Haber”ə istinadən xəbərinə görə, bunu TANAP layihəsinin tikintisi üçün boruların tədarükünə dair müqavilənin imzalanması mərasimində Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

 

Türkiyənin istehlakçı ölkə olmaqla yanaşı, tranzit bir ölkə olacağını və 2019-cu ildən etibarən Avropaya təbii qaz nəqlini reallaşdıracağını qeyd edən Ə.Davudoğlu bildirib ki, Azərbaycanla Türkiyənin coğrafiyası, enerji potensialı bir-birini tamamlayır: “İstehsalın 80%-i Türkiyə şirkətləri tərəfindən həyata keçiriləcək. Bu, türk sənayesinin yüksəldiyi yeri nümayiş etdirmək baxımından diqqətçəkən məqamdır. Bu layihə təkcə təbii qaz layihəsi olmayacaq. Xəzər dənizindən Avropaya qaz nəql edən layihə Türkiyə ilə Yunanıstan əlaqələrini də genişləndirəcək”.

 

Layihəni Qafqazla Balkan ölkələri arasında sülh körpüsü kimi təqdim edən Türkiyənin baş naziri “Yaşasın Azərbaycan-Türkiyə dostluğu!” ifadəsini də işlədib.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol