• $
  • €
  • ₽
  • ₺
  • £

Ramil Usubov polis rəisini cəzalandırdı

Ramil Usubov polis rəisini cəzalandırdı
13.10.2014 13:24

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin araşdırması nəticəsində işdə yol verdikləri nöqsanlara görə Masallı Rayon Polis Şöbəsinin Boradigah polis bölməsinin rəisi polkovnik-leytinant Yaşar Göyüşov, bölmənin Bədalan kənd sahə müvəkkili, polis kapitanı Sübhan Qurbanov və Türkoba kənd sahə müvəkkili İman Əzizova töhmət verilib.

 

Bu barədə Axar.az-a Masallı sakini Qiyas Rəcəbovun hüquqlarını müdafiə edən Səməd Vəkilov məlumat verib. Onun sözlərinə görə, Masallı Rayon İcra Hakimiyyəti rayonun Türkoba kənd sakini Rəcəbov Qiyas İlyas oğluna mülkiyyətində olan torpaq sahəsində ticarət obyekti tikintisinin aparılması barədə sərəncam verib. Lakin onun həmkəndlisi İlham Qurbanov tikintiyə  maneçilik törətməyə başlayıb.

 

“Ona bu işdə polis qardaşı Sübhan Qurbanov və Türkoba kənd sahə müvəkkili İman Əzizov da dəstək verib. Ona görə də məsələnin obyektiv araşdırılması üçün bu ilin avqust ayında Daxili İşlər naziri Ramil Usubova müraciət etdim. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları barədə araşdırma aparılmasını, eyni zamanda, Q.Rəcəbovun xüsusi mülkiyyətinə qarşı edilmiş qanun pozuntusunun qarşısının alınması ilə bağlı aparılmış təhqiqatın obyektivliyini təmin etmək məqsədi ilə nəzarətə götürməsini xahiş etdim”, - S.Vəkilov bildirib.

 

Həmin müraciət əsasında DİN Baş İctimai Təhlükəsizlik İdarəsində təhqiqat aparılıb. Nəticədə Masallı Rayon Boradigah Polis Bölməsinin rəisi və 2 əməkdaşı vəzifəsindən sui-istifadə etdiyinə və işində yol verdikləri nöqsanlara görə töhmət alıb. 

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol