• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: "MDB-nin potensialı tükənməyib"

İlham Əliyev: "MDB-nin potensialı tükənməyib"
10.10.2014 15:40
“MDB-nin potensialı tükənməyib. Bu, əməkdaşlıq, qarşılıqlı fəaliyyət, regional və beynəlxalq həyatın aktual məsələlərinin müzakirə olunduğu məkandır”.ANN.Az saytı Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Minskdə MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edərkən deyib. İlham Əliyev bildirib: "Biz uzun müddətdir birgə ünsiyyət saxlayan və vacib məsələləri həll edən həmkarlar kimi belə açıq və səmimi ab-havada bizi narahat edən bütün məsələləri müzakirə etməliyik".Dövlət başçısının sözlərinə görə, Azərbaycan MDB-də iştirakına böyük önəm verir: "Biz hesab edirik ki, təşkilatımız çərçivəsində qarşılıqlı fəaliyyət, əlaqələndirmə, bir-birinin problemini daha yaxşı başa düşmə, həmçinin digər vacib məsələlərin həlli işində bir çox şeylərə nail olunub. Eləcə də MDB üzvü olan ölkələrin çoxu ilə ikitərəfli formatda aktiv qarşılıqlı fəaliyyət göstəririk. Hesab edirəm ki, ikitərəfli əlaqələr təşkilatımız çərçivəsində münasibətlərimizi möhkəmləndirir və biz bundan sonra da ikitərəfli əməkdaşlığın potensialını genişləndirməyə çalışacağıq".

Prezidentin sözlərinə görə, iqtisadiyyat və investisiyalar sahəsində yaxşı təcrübə var: "Bu gün, əlbəttə ki, narahatlıq doğuran məsələlərə diqqət ayrılır. Bunlar regional, beynəlxalq təhlükəsizliklə bağlı məsələlərdir".

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol