• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident fərman imzaladı

Prezident fərman imzaladı
29.05.2020 08:46
Dəmiryolu ilə sərnişinlərin daşınması dövlət tərəfindən subsidiyalaşdırılacaq. Bununla bağlı müddəa ölkə prezidenti İlham Əliyevin "Azərbaycan Dəmir Yolları”nın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı fərmanında nəzərdə tutulub.

Anews.az xəbər verir ki, fərmana görə, dəmiryolu ilə yüklərin, sərnişinlərin, baqajın və yük-baqajın daşınması qaydalarında dəyişikliklər olacaq.

Eləcə də, "Dəmir yolu nəqliyyatı haqqında nizamnaməni”, texniki istismar qaydalarını, qatarların hərəkətinə və manevr işinə dair təlimatı, siqnalizasiya təlimatını hazırlamaq üçün müvafiq qrumlara altı ay vaxt verilib.

Prezidentin verdiyi tapşırıqlar arasında hərəkətin təhlükəsizliyi və nəqliyyat hadisələrinin araşdırılması və qeydiyyatı qaydalarını, dəmiryolu nəqliyyatının yüksək təhlükəli zonalarında vətəndaşların olması, obyektlərin yerləşdirilməsi və işlərin aparılması qaydalarının təkmilləşdirilməsi də öz əksini tapır.

Eyni zamanda, dəmiryoluna məxsus torpaqların sərhədlərinin aktual qrafik təsvirinin hazırlanması tələb olunub.

Dəmir yoluna məxsus və xüsusi mühafizə zonasının hüdudları barədə məlumatları üç ay, dəyişikliklər barədə məlumatların bir ay müddətində Nazirlər Kabinetinə təqdim edilməsi tapşırılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol