• $
  • €
  • ₽
  • ₺
  • £

Nikolun xahişi ilə Bakı “Laçın”ı bağlaya bilər – VİDEO

Nikolun xahişi ilə Bakı “Laçın”ı bağlaya bilər – VİDEO
29.05.2020 08:20
Fevralın 19-da erməni şairi Ovanes Tumanyanın 150 illik yubileyi Dağlıq Qarabağda da qeyd edildi. O.Tumanyan son 30 ildə ilk dəfədir ki, Dağlıq Qarabağda təbliğ olunur.

Bu sözləri Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu Axar.az-a açıqlamasında deyib.
O, Tumanyanın daim sülhpərvər mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb:

"O.Tumanyan Ermənistanda anadan olmuş, Gürcüstanda yaşamış, Moskvada ölmüş və Ermənistanda dəfn olunmuş milliyyətcə erməni yazıçı-şairdir. Gürcüstan, Ermənistan və Azərbaycanda O.Tumanyanı ilk növbədə Cənubi Qafqaz xalqlarının hər üçünün dilində yazıb-yaradan Sayat Novanın davamçısı kimi tanıyırlar.
Ovanes Tumanyan XX əsrin əvvəlində Cənubi Qafqaz regionunda ermənilərin gürcülərə və azərbaycanlılara qarşı apardığı müharibədə sülhpərvər mövqe sərgiləyib. O.Tumanyan o vaxt at belində ermənilərin yanına gedərək, onları gürcülərə və azərbaycanlılara qarşı vuruşmamağa çağırırdı.
Cənubi Qafqaz regionuna münaqişəni Osmanlı imperiyasından qovulan, İran imperiyasının tərkibindən köçürülən ermənilər gətiriblər. O.Tumanyan da bunu bilirdi və ona görə daha çox öz xalqı arasında təbliğat aparırdı”.

Mübariz Əhmədoğlu bildirib ki, Nikol Paşinyan O.Tumanyanın yubileyini Dağlıq Qarabağda keçirtməklə, xüsusilə qondarma qurumun de-fakto prezidenti B.Saakyanı o tədbirlərdə oturmağa vadar etməklə, barışığın vacib olduğu mesajını çatdırmaq istəyir:

"Silva Kaputikyanın 100 illiyinin Dağlıq Qarabağda qeyd olunmaması diqqət çəkir. Kaputikyanın 100 illiyi Paşinyanın diqqətində idi. Amma tədbirlər yalnız İrəvanda keçirildi. Bu, Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə daha bir cəhdi kimi dəyərləndirilə bilər”.
Sədr vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə getməyən Ermənistanı böyük bəlalar gözləyir:

"Ermənilər bu torpaqlarda qala bilməyəcəklər. Ermənistan müstəqil dövlətçiliyini itirib, iki iri qonşu dövlətdən hansısa birinin tərkibinə girəcək. Dağlıq Qarabağa Ermənistandan O.Tumanyanın ideyalarının gəlməsi müsbət haldır. Ermənistandan Dağlıq Qarabağa destruktiv ideyalar axını davam edəcəyi təqdirdə Paşinyan özü Laçın koridorunu bağlatdıra bilər. Ola bilsin, Paşinyanın xahişi ilə Azərbaycan və Ermənistan ikisi birlikdə Laçın koridorunu bağlasınlar və bununla da O.Tumanyanın ideyalarının Dağlıq Qarabağ erməniləri arasında yayılmasına Ermənistandan heç kəs mane ola bilməsin”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol